Çölçübədii filmi HindistandaƏn yaxşı bədii filmmükafatına layiq görülüb

Rejissor Şamil ƏliyevinÇölçübədii filmi Hindistanda keçirilən Kəlküttə Beynəlxalq Film FestivalınınƏn yaxşı bədii filmmükafatına layiq görülüb.

Bu barədə AZƏRTAC-a rejissor özü məlumat verib.

Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildəAzərbaycanfilmkinostudiyasında istehsal olunmuşÇölçüfilminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov başqaları çəkilib.

Çölçüfilminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...

Qeyd edək ki, “Çölçübədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq kino festivallarında iştirak edib, bir sıra mükafatlara layiq görülüb. Bu festivallar A B kateqoriyalı festivallardır. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, Serbiya, Rusiya, Çexiya, Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna, Estoniya daxildir.

Çölçüfilmi 4 dəfə ən yaxşı film kimi baş mükafatlara, 3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu, yaradıcılıq axtarışlarına görə, jürinin xüsusi diplom mükafatlarına, “Humaymilli mükafatına layiq görülüb.

Azad Azərbaycan.- 2018.- 28 fevral.- S.5.