Kamal Abdullanın Yarımçıq əlyazması.

Bakı Mühəndislik Unversitetində akademik Kamal Abdulla ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində akademik Kamal Abdullanın tələbələrlə görüşü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Kamal Abdullanın Yarımçıq əlyazma romanı müzakirə olunub. Yazıçının romanlarının dil-üslub poetik imkanları, ideya struktur estetikası haqqında məlumat verilib. Kamal Abdulla Yarımçıq əlyazmanın yazılma prosesi romana olan reaksiyalar barədə ətraflı söhbət açıb.

Söhbət əsnasında auditoriyanın maraq dairəsinə uyğun olaraq Gizli Dədə-Qorqud, Yarımçıq əlyazma Kitabi-Dədə Qorqud poetikasına giriş əsərlərinin arasındakı əlaqə müzakirə edilib. Tələbələr Yarımçıq əlyazma romanı haqqında müxtəlif səpkili məruzə ilə çıxış ediblər yazıçıya suallar veriblər.

Universitetin professor-müəllim heyəti, tərbiyə işləri üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru Bayram Hüseynzadə, pedaqoji fakültənin dekanı, dosent İslam Hüseynov, professor Akif Hüseynli baş müəllim Ülvi Babasoy da müzakirədə iştirak ediblər. Roman haqqında mühazirə oxuyan Akif Hüseynli Kamal Abdulla yaradıcılığında intellektual nəsrin poetik imkanlarının genişliyini vurğulayıb.

Sonda Kamal Abdulla auditoriyadan razı qaldığını, bu tip müzakirələrin əhəmiyyətli olduğunu bildirib, iştirakçılara universitet rəhbərliyinə təşəkkür edib.

Azad Azərbaycan.- 2018.- 4 may.- S.5.