Azərbaycan-Türkiyə ədəbi əlaqələriadlı dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə ədəbi əlaqələriadlı dəyirmi masa keçirilib.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, 1839-cu ildə Osmanlı dövlətinin "tənzimat islahatı”nı qəbul etməsi ilə həyata keçirilən islahatlar ədəbiyyata ciddi təsir edib:  "Avropa ədəbiyyatının türk ədəbiyyatına həm formaca, həm məzmunca təsirini özündə əks etdirən "tənzimat ədəbiyyatıdövrü yaranması nəticəsində Türkiyə ədəbiyyatında ənənələrə sadiq, qəzəl qəsidəyə əsaslanan yeni forma məzmuna malik ədəbiyyat formalaşdı”.

Milli Arxiv idarəsinin rəis müavini, professor Əsgər Rəsulov Azərbaycan Türkiyə arasında tarixən mövcud olan ədəbi əlaqələrin inkişafından, yanaşma tərzlərindən bəhs edib. Ə.Rəsulov qeyd edib ki, iki ölkənin dil mədəniyyətində mövcud olan oxşar cəhətlər ədəbi-bədii fikirlərin bənzər olmasında rol oynayıb.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Nurlanə Mustafayeva "Qardaş köməyiadlı dərgi haqqında təqdimat edib. N. Mustafayeva adıçəkilən dərgidə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının, elminin, siyasətinin görkəmli simaları Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Abbas Səhhət, Salman Mümtaz, Məmməd Səid Ordubadinin yaradıcılığına yer verildiyini bildirib.

Dəyirmi masa iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Azad Azərbaycna.- 2018.- 23 may.- S.5.