Hacı  Xanməmmədovun  yaradıcılıq tapıntıları

 Bəstəkarlar İttifaqında Hacı Xanməmmədovun yaradıcılığına həsr olunan məruzələr dinlənilib

Noyabrın 2-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov açaraq görkəmli bəstəkarın ömür yolundan, zəngin yaradıcılığından söhbət açıb. Bildirib ki, 1918-ci ildə Dərbənddə dünyaya göz açan Hacı Xanməmmədov 1952-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. Onun diplom işi tar orkestr üçün konsert olub. Tar konserti bəstəkarın yaradıcılığında əsas xətti təşkil edib ömür boyu beş tar konsert yazıb. Bu konsertləri hər biri sevilə-sevilə tanınmış ifaçılarımız tərəfindən ifa olunub. O, həmçinin kamança orkestr üçün konsertin ilk müəllifidir. Hacı müəllimin yaradıcılığının əsas hissəsini xalq çalğı alətləri üçün əsərlər təşkil edib. Onun orkestr üçünAzərbaycan eskizləri”, “Bayramsüitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnılarını qeyd edə bilərik. Xüsusilə H.Xanməmmədovun yaradıcılıq tapıntıları onunAzərbaycan eskizlərisüitasında Simfoniyetta”da bariz nəticəsini verib.H.Xanməmmədovun həm gözəl mahnılar müəllifi olduğunu söyləyən natiq deyib ki, onun 100-dən çox mahnısı tanınmış müğənnilərimizin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini görkəmli şairlərin şeirləri təşkil edir. Xüsusilə, bəstəkarın lirik mahnıları xalqımız arasında geniş yayılıb. Bu baxımdanYaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim s. gözəl örnəklərdir.Bəstəkarlar İttifaqının katibi diqqətə çatdırıb ki, H.Xanməmmədov görkəmli bəstəkar, dirijor olduğu kimi, eyni zamanda, təcrübəli pedaqoq idi. Onun professional musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olub. O, qırx ildən artıq bir dövrdə Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb. O, “Xalq çalğı alətlərikafedrasının dirijorluq üzrə professoru, son illərdə isəAzərbaycan xalq musiqisinin tarixi nəzəriyyəsikafedrasının məsləhətçisi idi.Diqqətə çatdırılıb ki, Hacı müəllim müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışmış, bir bəstəkar ictimai xadim kimi çox faydalı işlər görüb. Bu fədakar sənətkarın xidmətləri layiqincə qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, “Şöhrətordeninə layiq görülüb.

 

Tofiq Seyidzadə

Azad Azərbaycan.- 2018.-3 noyabr.-S.7