Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuşSaz aşiqiadlı tədbir keçirilib

Sentyabrın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuşSaz aşiqiadlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova açdı. O, çıxışında qeyd etdi ki, tədbirin Yasamal rayonunda yerləşdiyi Heydər Əliyev Mərkəzində keçirilməsi Aşıq Şəmşirin xatirəsinin bir daha əbədiləşdirilməsidir. T.Muradova son aylar Yasamal rayonunda böyük quruculuq işlərinin aparılması, rayonun günü-gündən abadlaşdırması haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra söz Yasamal rayon MKS-inin direktoru, “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovaya verildi. Bütün qonaqları salamlayaraq o, Dədə Şəmşirin doğma Kəlbəcərindən, yazdığı əsərlərdən, gözəl ifalarından söhbət açdı qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədi ilə Aşıq Şəmşirə həsr olunmuş silsilə tədbirlər keçirilir. Aşıq Şəmşir Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov məlumat verdi ki, İctimai birlik tərəfindən 800 layihə həyata keçirilib. Aşıq Şəmşirin 125 illik yubileyinin YUNESKO-da qeyd olunması barədə məlumat verdi. O, qeyd etdi ki, aşıq sənətinin dünyanın qeyri maddi-mədəni irs siyahısına salınmasında Birinci vitse-prezidentin Mehriban Əliyevanın böyük xidmətləri var. Daha sonra o, aşığın böyüyüb boya-başa çatdığı kənddən söhbət açaraq, tədbir iştirakçılarına maraqlı məlumatlar verdi. yaxın vaxtlarda Səbail rayonunda Aşıq Şəmşirin ev-muzeyinin açılacağını bildirdi.Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun canlı ifasında Müslüm MaqomayevinAzərbaycanmahnısı səsləndi.Tədbirdə Aşıq Ədalət Dəlidağlının ifasındaRuhaniOrta sarıtel”, aşıq Əli Pənahoğlunun ifasında isəAğır şərilihavaları səsləndirildi.  Suraxanı rayon 84 ¹-li məktəbin şagirdi Sadıq NəbiliAşıq Ələsgərşeirini söylədi. Tədbir iştirakçılarına Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş 2 videoçarx nümayiş etdirildi. Tədbirə dəvət olunanlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeyini ziyarət etdilər.

Azad Azərbaycan.- 2018.- 14 sentyabr.- S.7.