MasallınınHalayqrupu Türkiyədə folklor festivalından qayıdıb

Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət MərkəzininHalayfolklor kollektivi Türkiyə Respublikasının Nazilli bələdiyyəsi rəhbərinin dəvəti ilə Nazillinin qurtuluşunun 96-cı ildönümü ilə əlaqədar təşkil olunan folklor festivalında iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı folklor kollektivinin üzvlərinin Nazilli bələdiyyəsinin başkanı Haluk Alıcık, Nazilli Milli Təhsil müdiri Hıdır Dağaşan ilə görüşü keçirilib.

Festival çərçivəsində şəhərin müxtəlif yerlərində təşkil olunan tədbirlərdəHalayfolklor kollektivinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.Səfərin sonuncu günü bələdiyyə rəhbəri Haluk AlıcıkHalayfolklor qrupunun üzvlərinitəşəkkürnaməilə təltif edib.

Azad Azərbaycan.- 2018.- 18 sentyabr.- S.5.