İçərişəhər İSESCO-nun İslam İrsi Siyahısına daxil edildi

 

Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclası keçirilib.

 

Qafqazinfo xəbər verir ki, yekun sənədə əsasən, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib. Qız qalası Şirvanşahlar Sarayı Kompleksi Qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.

 

Daha ətraflı

Bundan başqa Azərbaycanın daha iki tarixi məkanı Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi Qobustan qayaüstü rəsmləri siyahıya əlavə olunan məkanlar sırasındadır. Ümumilikdə, 117 tarix mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib.

 

Azad Azərbaycan.-2019.- 19 dekabr - S.7