İki dünyanın şairi

 

ADU-da Nəsiminin 650 illiyinə həsr edilmış ədəbi-bədii gecə keçirilib

 

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrası, Bakı Amerika Mərkəzi, “Sönməz MəşəlMədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurasının əməkdaşlığı çərçivəsində İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmişİki dünyanın şairiadlı ədəbi-bədii gecə keçirilib.

 

ADU-dan Youthportal.az-a xəbər verir ki, Universitetin elm innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov Nəsiminin Azərbaycan ədəbiyyatında xüsusi yeri olan ədib olduğunu deyib. N.Məmmədov bildirib ki, Azərbaycan Dillər Universitetində Nəsimi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Sığmazamqəzəli ilə Nəsiminin hər iki dünya üçün həm tarixi, həm fəlsəfi baxımdan böyük tutumlu fikir dediyini diqqətə çatdıran N.Məmmədov bu istiqamətdə hazırlanan tədbirdən hamının zövq alacağına inandığını bildirib. Nəsiminin yad edilməyə layiq olduğunu söyləyən prorektor yalnız bir il deyil, tariximizin çox illərinin Nəsimiyə həsr oluna biləcəyini vurğulayıb. O, tədbir iştirakçılarına Nəsimi ilə zənginləşməyi arzu edib. 

 

Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva Nəsiminin yad edilməsi baxımından hər kəsin öhdəsinə mənəvi borc düşdüyünü deyib. Tədbirin ərsəyə gəlməsi prosesindən danışan Ş.Nağıyeva Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurası ilə birgə təşkil etdiyi NəsimininSığmazamfəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentanonun bəstələdiyi musiqi haqqında da məlumat verib.

 

Həmin musiqinin təqdimat mərasimindən videogörüntülər nümayiş olunduqdan sonra mahnı tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə canlı bağlantı ilə qoşulan bəstəkar mahnının yaranma tarixi barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

 

Ədəbi gecədə universitetin tələbələri Nəsimi yaradıcılığının dünyəvi keyfiyyətləri, bəşəri duyğuları mövzusunda Azərbaycan   ingilis dillərində tədbir iştirakçılarına məlumat veriblər, Nəsimi poeziyasının incilərini hər iki dildə söyləyiblər.

 

Şairə həsr edilmişNəsimifilmindən fraqment xalq artisti Alim Qasımovun ifasındaAyrılırqəzəlindən bir parça nümayiş edilib.

 

Sonda ADU-nun tələbələri Sami Yusufun NəsimininSığmazamqəzəlinə bəstələdiyi mahnını oxuyublar.

 

 Azad Azərbaycan.- 2019.- 19 dekabr.- S.5