Virtual kitabxananın  bir  milyondan artıq  izləyicisi var

 

 

“Azərbaycan ədəbiyyatının virtual kitabxanası”na oxucuların marağı artır 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 2007-ci il 20 aprel tarixli Sərəncamlarına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ildən başlayaraq “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” (http://ebooks.azlibnet.az/) yaradılmışdır.

 

Virtual məkanda fəaliyyət göstərən kitabxananın bir milyondan artıq izləyicisi var, burada yeddi minə yaxın kitab daxil edilib. Dünyanın 40-dan çox ölkəsindən sözügedən kitabxanaya müraciət olunur.Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda Azərbaycanın tarixinə, mədəniyyətinə, daxili xarici siyasətinə dair kitablar, dərsliklər s. ədəbiyyat yerləşdirilib.

 

Bakının Binəqədi Yasamal rayon, Gəncə Sumqayıt şəhər, Astara, Ağdaş s. rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri bu kitabxananın zənginləşdirilməsinə dair işlər görür. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında treninqlər təşkil olunur.

 

Azərbaycan ədəbiyyatının virtual kitabxanasıhaqqında ətraflı məlumat http://yasamal.cls.az/front/files/libraries/81/documents/305256969.pdf linkdə verilmişdir.

 

 

Tofiq Seyidzadə

Azad Azərbaycan.- 2019.- 19 dekabr.- S.5.