İki xalqın oğlu Maqsud Şeyxzadəyeni nəşrı işıq üzü görüb

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Özbəkistanın və Azərbaycanın görkəmli sənətkarı haqqında “İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı nəşr edilib. Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunan kitab Ədəbiyyat İnstitutu Elmi Şurasının 28 fevral 2019-cu il tarixli 2 saylı qərarı ilə çap olunub. Bu barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

 Kitabın elmi redaktoru ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. “İki xalqın görkəmli sənətkarısərlövhəli ön sözdə Maqsud Şeyxzadənin həyatı fəaliyyəti işıqlandırılmışdır.

 

Kitabı toplayıb nəşrə hazırlayan redaktoru filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Topluya özbəkistanlı alimlərdən akademik Naim Kərimov, filologiya üzrə fəlsəfə doktoru Gulnoz Sattarova azərbaycanlı alim, filologiya elmləri doktoru Yaşar Qasımbəyli rəy verib. Nəşrin məsul katibi isə AMEA Tarix İnstitutunun elmi işçisi Gülşən Kəngərlinskayadır.

 

 Elm təhsilnəşriyyatında işıq üzü görən kitabda Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları haqqında müxtəlif illərdə yazılmış elmi məruzələr məqalələr toplanmışdır. Məqalələr Azərbaycan, özbək rus dillərində olmaqla yanaşı, kitabda 64 foto da yer alıb.

 

Qasımova  Gülnar

Azad Azərbaycan.- 2019.- 19 noyabr.- S.5