Ağaoğlunun  türk dünyasının fikir tarixində  xüsusi  yeri  var

 

Tarixi Muzeyində Əhməd bəy Ağaoğlunun anadan  olmasının 150  illiyinə  həsr  olunmuş  beynəlxalq  simpozium  keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 aprel tarixli Sərəncamına uyğun olaraq görkəmli mütəfəkkir, dövlət xadimi, XIX əsrin sonu XX əsrin əvvəllərində milli oyanış hərəkatının öncüllərindən biri olan Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.

 

AZƏRTAC xəbər verir ki, yubiley tədbirləri çərçivəsində oktyabrın 2-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Əhməd bəy Ağaoğluya həsr olunmuş beynəlxalq simpozium işinə başlayıb.

 

Simpoziumu giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Ə.Ağaoğlunun Azərbaycanın bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri rolu haqqında danışıb.

 

Açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Xalq yazıçısı Anar, Türkiyədən professor Yasemin İnceoğlu Giritli Ə.Ağaoğlunun zəngin irsindən, onun öyrənilməsinin populyarlaşdırılmasının vacibliyindən söhbət açıblar, bu işdə Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil olunan beynəlxalq elmi simpoziumun əhəmiyyətini vurğulayıblar.

 

Qeyd olunub ki, beynəlxalq simpozium işini sabah da davam etdirəcək. Simpoziumda Ə.Ağaoğlunun Azərbaycanda Türkiyədə ictimai-siyasi fəaliyyəti, türkçülük ideologiyasının formalaşmasında xidmətləri, Şərqdə müasirləşmə problemlərinə baxışı, Ağaoğlular nəslinin Türkiyənin ictimai-siyasi həyatında rolu s. mövzular ətrafında müzakirələr aparılacaq. Azərbaycan, İran, Niderland, Rusiya, Türkiyə alimlərinin iştirak edəcəyi tədbirdə 30-dan artıq elmi məruzənin dinlənilməsi nəzərdə tutulub. Simpoziumun işində Ə.Ağaoğlunun Türkiyədə yaşayan qohumları - nəticəsi Əhməd Ağaoğlu, bacısı nəvəsi professor Yasemin İnceoğlu Giritli, böyük əmisinin nəticəsi Yeşim Ağaoğlu da iştirak edəcəklər.

 

Həmçinin bu gün Azərbaycan Dövlət Filarmoniyasında Ə.Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək. Dövlət rəsmilərinin, ictimai xadimlərin, alimlərin iştirak edəcəyi mərasimdə Əhməd bəyə həsr olunmuş fotosərgi təşkil ediləcək, "Millət fədaisifilmi ilk dəfə təqdim olunacaq.

 

 

Hacı Tofiq Seyidzadə

 

Azad Azərbaycan.- 2019.- 3 oktyabr.- S.5