Müasir zaman elektron kitabxanalar”: AMEA  Naxçıvan Bölməsində seminar keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Elmi KitabxanasındaMüasir zaman elektron kitabxanalarmövzusunda elmi seminar keçirilib.

 

AMEA Naxçıvan Bölməsindən TED.az-a verilən xəbərə görə, kitabxananın direktoru Sahab Əliyeva Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaradılan elektron kitabxanaların rolundan danışıb.Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması kitabxanaların elektronlaşdırılması üçün atılan məqsədyönlü addımlardan söz açan S.Əliyeva bu diyarda müasir tələblərə uyğun kitabxanaların fəaliyyəti üçün yaradılan geniş imkanlardan bəhs edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, bölmənin elektron kitabxanası 2013-cü il sentyabrın 4-də yaradılıb həmin ildə kitabxananın e-kitab.ameanb.nmr.az internet saytı hazırlanaraq oxucuların ixtiyarına verilib.Diqqətə çatdırılıb ki, hazırda bölmə kitabxanasında inventar sayı 37039 ədəd təşkil edən 15475 adda kitab elektron kataloqlaşdırılıb. 1780 kitabın elektron versiyası hazırlanıb internetdə ya lokal şəbəkədə yerləşdirilib.Tədbirdə Elmi Kitabxananın baş kitabxanaçısı Nuridə KəngərliKitabxanalarda həyata keçirilən elektronlaşma prosesləri fond müdiri Kəmalə QuliyevanınElektron kitabxanaların cəmiyyətdə rolumövzusunda çıxışları dinlənilib

 

Tofiq Seyidov

Azad Azərbaycan.- 2019.- 17 oktyabr.- S.5