Nəsimiyə həsr olunmuş çox gözəl əsərlərimiz var

Firəngiz Əlizadə: «Kiməsə mahnı bəstələməkdə qadağa qoymaq səlahiyyətimiz yoxdur»

Kimlər bu mahnını Nəsimiyə uyğun görürlərsə televiziya kanalları da göstərirlərsə, öz işləridir, mən bu mahnını qəbul etmirəm”. Bu sözləri açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.Onun sözlərinə görə, bunu Nəsimiyə rəva görmək düzgün deyil: “Bunlar Nəsimini belə başa düşürlər. Özü hansı sözlərinə müraciət ediblər! Nəsiminin ən zirvə sözləri sayılanMəndə sığar iki cahanqəzəlini göbək rəqsi mahnısında istifadə ediblər. Onlar bunu Nəsimiyə necə rəva görürlər!”

Kiməsə mahnı bəstələməkdə qadağa qoymaq ixtiyarlarının olmadığını söyləyən Firəngiz xanım Prezident İlham Əliyevin 2019-cu ilinNəsimi ilielan olunması ilə bağlı verdiyi Sərəncamdan sonra Bəstəkarlar İttifaqında həyata keçirilən işlərdən danışıb:Bizim Nəsimiyə həsr olunmuş çox gözəl əsərlərimiz var. Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov kimi sənətkarlarımızdan tutmuş bu günə qədər xeyli bəstəkarımız Nəsimiylə bağlı əsər yazıb. Biz onların siyahısını tutmuşuq. Bundan başqa gənc bəstəkarlarla da yeni layihə üzərində işləyirik. Onlara Nəsimiylə bağlı əsər yaradılması üçün sifariş vermişik. Yəni biz Prezidentin sərəncamına çox ciddi yanaşırıq. Amma kimsə Nəsimiyə belə mahnı həsr edirsə, bu, onun öz işidir. Mən şəxsən belə mahnını Nəsimiyə heç yaraşdırmadım”.Bəstəkarlar İttifaqının sədri məlum mahnıda hind musiqisindən istifadə olunmasını da pisləyib: “Mənə dedilər ki, mahnının musiqisi hansısa hind filmindən götürülüb. Necə ki, başqa şairlərimiz mənimsənilib, sabah hindlilər deyərlər ki, Nəsimi sizin şair deyil, bizimdir. Sərəncam düzgün həyata keçirilməlidir, daha bu cür bəsit səviyyədə yox”.

 

Hacı Tofiq

Azad Azərbaycan.- 2019.- 26 yanvar.- S.7.