Tarixə ənənəyə toxunuş

Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq layihəsi “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub. Təqdim olunan sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.

Kult.az xəbər verir ki, 2019-cu ilin fevral ayı ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı iləTarixə ənənəyə toxunuşAzərbaycan-Türkiyə birgə sərgi layihəsini təqdim olunur. Bu layihə ASAN Radio, ASAN Könüllülük Məktəbi “British Council”un dəstəyi ilə keçiriləcək.

Əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji ve İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil edir. Bu sərgi Türkiyə digər ölkələrdə uğurla nümayiş etdirilib.

Ekspozisiyanın əsasını 15 əşya təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri: gips miniatürlər, qədim yunan alimləri mifik qəhrəmanların kiçik büstləri daxildir. Azərbaycan Xalça Muzeyi öz növbəsində sözügedən layihəniƏnənəvi texnologiyaşöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaqdır. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palas, kilim, şəddə, zili s. kimi növlərini görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaqdır. Həmin audioyazı materiallar Azərbaycan ingilis dillərində təqdim ediləcək.

Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu xovsuz xalçaların toxunması makrame üzrə ustad dərsləri təşkil olunacaq.

Sözügedən layihə ölkəmizdə bu istiqamətdə reallaşacaq pilot layihədir. Yaxın aylar ərzində eksponatların bu metodla nümayişi Azərbaycan Xalça Muzeyinin sərgi fəaliyyətində geniş şəkildə tətbiq olunacaq.

Azad Azərbaycan.- 2019.- 29 yanvar.- S.7