Zərifə xanımın əziz xatirəsinə (28 aprel 1923)” adlı videoçarx

 

 

 

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xızı rayon Mərkəzi Kitabxanası ilə birgə layihə əsasında görkəmli oftalmoloq, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 97-ci il dönümünə həsr olunmuş videoçarx hazırlayıb. Videoçarx Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 15 aprel 1997-ci il tarixində söylədiyi: “ZƏRİFƏ XANIMIN XATİRƏSİ BİZİM QƏLBİMİZDƏ, NƏİNKİ BİZİM QƏLBİMİZDƏ, BİZİM AİLƏNİN BÜTÜN GƏLƏCƏK DAVAMÇILARININ QƏLBİNDƏ DAİM YAŞAYACAQDIR”, - sözlərli ilə başlanır.

 

Videoçaxda Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri - vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası müalicəsi ilə bağlı ciddi tədqiqatlar aparması qeyd olunub. Akademik Z.Əliyeva 12 monoqrafiya, dərslik dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira 12 səmərələşdirici təklifin müəllifi olmuşdur.

 

Videoçarxı izləyənlər akademik Zərifə Əliyevanın Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, Moskvada nəşr olunanVestnik oftalğmoloqii” (“Vestnik oftalmologii”) jurnalının redaksiya heyətinin üzvü olduğu haqda məlumat alırlar.

 

Burada Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin akademik Z.Əliyevanın 90 illik yubileyində (27 aprel 2013-cü il) söylədiyi sitat verilmişdir: “Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün öz aktuallığını itirmir. Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, Sövet İttifaqının oftalmologiya elmində ən yüksək mükafatı olan akademik M.Averbax mükafatına layiq görülmüşdür”.

 

Videoçarxda Zərifə xanım Əliyava haqqında yazılan kitablar, onun yubileyi ilə əlaqədar buraxılmış poçt markaları, Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısındakı Bakıdakı yaşadığı evin üzərində barelyefləri, İrpendəki (Ukrayna) büstü çoxlu sayda maraqlı fotolar yerləşdirilmişdir.

 

Videoçarxı https://www.youtube.com/watch?v=2X0aiZ-sCBo linkdə izləmək mümkündür.

 

Azad Azərbaycan.- 2020.- 28 aprel.- S.7.