Hər birimiz azərbaycanlı

olduğumuzu unutmamalıyıq

 

Xaricdəki soydaşlarımız öz milli mənsubiyyətlərini dərk edərək onu qoruyub saxlamağa nail olublar

 

Xaricdə yaşayan soydaşlarımızın diaspor quruculuğu istiqamətində fəaliyyəti bir neçə mərhələni əhatə edir. Hazırda Azərbaycan diasporunun quruculuğu istiqamətində nələr baş verir və nəticə etibarı ilə xaricdəki soydaşlarımız üçün bu nə deməkdir kimi suallara cavablar axtarılır. Ona görə ki, hər bir xalqın üzləşdiyi yeni əsrin özünəməxsus tarixi zərurətdən doğan standartları olur. İndiki zamanda bunun elmi konseptual mahiyyəti başlıca cavablardan biri kimi dəyərləndirilir.

Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin və Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin sədri, texnika elmləri doktoru Yaşar Musayev hesab edir ki, bizim diaspor təşkilatları nəinki Almaniyada, həmçinin, bir çox digər ölkələrdə də yenidən təşkilatlanma dövrünü yaşayır: «Son 10-15 ildə diaspora sahəsində bir çox işlər görülsə də, bu planlı, sistemli və aydın formada ictimaiyyətə çatdırılmayıb. Sevindirici haldir ki, təşkilatlanma sahəsində olan bəzi nöqsanları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyi gördüxarici ölkələrdə, eləcə də Almaniyada fəaliyyət göstərən təşkilatlarla açıq dialoq apardı. Nəticə etibarilə, diasporumuzu təmsil edən bütün vacib təşkilatların Koordinasiya Şuraları formasında birləşməsi vaxtında həyata keçirilən vacib addımdır. Növbəti mərhələdə həmin Koordinasiya Şuralarının strateji yol xəritələri tərtib edilməli və ictimaiyyətə təqdim olunmalıdır. Bu sahədə Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası öz təcrübəsini başqa ölkələrdə təmsil olunan soydaşlarımızla bölüşməyə hazırdır. Eyni zamanda, qabaqcıl ölkələrin diaspor təşkilatlarının, həmçinin güclü diaspor ənənələri ilə seçilən xalqların təcrübəsini öyrənməli və işimizə tətbiq etməliyik».

Y.Musayev bildirib ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması, xalqımıza qarşı törədilmiş erməni vəhşilikləri barədə həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılması üçün daha ciddi addımların atılması zəruridir: «Son illər Almaniyada fəaliyyət göstərən diaspor təşkilatları çox işlər həyata keçirir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı, Xocalı soyqırımı və s. haqqında həqiqətlər AlmaniyaAvropa ictimaiyyətinə elmi-ictimai konfranslar, seminarlar, yürüşlər vasitəsilə çatdırılır. Bütün bu işləri koordinasiya olunmuş şəkildə AlmaniyaAvropada davam etdiririk. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin son vaxtlar gördüyü işlər təqdirəlayiqdir. Xüsusilə, Azərbaycan Elmlər Akademiyası, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, ASAN xidmətlə əməkdaşlıq müqavilələri diaspor təşkilatlarımız, eləcə də xaricdə yaşayan 40 milyonluq soydaşlarımız üçün əlverişli imkanlar yaradır. Çalışacağıq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə təmsil olunan bütün Koordinasiya Şuraları ilə sıx əməkdaşlıq edək, birlikdə azərbaycançılıq ideyaları ətrafinda strateji yol xəritələri və innovativ layihələr reallaşdıraq. Bu layihələrin həyata keçirilməsi üçün Azərbaycan Diasporuna Dəstək Fondu ilə sıx əməkdaşlıq nəzərdə tutulub».

Almaniya ilə Azərbaycan arasındakı əlaqələrə gəlincə, Y.Musayev qeyd edib ki, Almaniya Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıyan dövlətlərdən biri olub: «2018-ci ildə Almaniyanın bir çox şəhərlərində almanların Azərbaycana köçürülməsinin 200 illiyini qeyd etdik. Azərbaycan Almaniyanın, eləcə də bütün Avropanın enerji təhlükəsizliyini təmin edən ən əsas ölkələrdən biridir. Almaniyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Azərbaycan Almaniyanın Qafqazda vacib iqtisadi tərəfdaşıdır. Almaniya Qafqazda sülhünsabitliyin yaradılmasında çox maraqlıdır. Almaniya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O cümlədən siyasi, iqtisadi maraqlarla yanaşı, Azərbaycanla olan mədəni, elmi, tibbiictimai əlaqələrə də çox böyük önəm verir».

İsveçdə yaşayan İsveç-Azərbaycan dərnəyinin rəhbəri Sevda Dadaşova da vətəndən uzaqda yaşamasına baxmayaraq, ürəyi hər zaman vətənlə döyünən soydaşlarımızdandır: «İsveç paytaxtının Şarholmen şəhərində yaratdığımız “İsveç-Azərbaycan Dərnəyi” -SAF Azərbaycanın qədim tarixi, xalqımızın zəngin mədəniyyəti və adət-ənənələri, milli geyimləri haqqında məlumat verməklə yanaşı, dərnəyimizin üzvləri milli musiqimizlə İsveçin mədəni müxtəlifliyinə öz töhfələrini verir. Azərbaycan bayrağı altında “Qarabağ” rəqs qrupumuzla dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarında vətənimizi layiqincə təmsil edirik. Hər yerdə Azərbaycan həqiqətlərini hər kəsə çatdırmaq ən ümdə vətəndaşlıq borcumuzdur”.

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi haqlı olaraq müstəqil dövlətimizin diaspor quruculuğu siyasətinin banisi hesab edir. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inamümid anıdır. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir:Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilmişdir. Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.

Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin sözlərinə görə, son illər diaspor quruculuğu istiqamətində görülən işlər, Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət nəticəsində xarici ölkələrdə azərbaycanlılardan ibarət diaspor ordusu yetişib: "Ulu öndər Heydər Əliyevin diasporun yaradılması, inkişaf etdirilməsində misilsiz xidmətləri olub. Ölkə prezidenti İlham Əliyev isə bu işi daha da sürətli inkişaf etdirərək türk və Azərbaycan diasporlarının birgə mübarizəsi yolunu seçib. Azərbaycanın bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları erməni yalanlarına qarşı çiyin-çiyinə mübarizə aparır".

İ.Ağayev bildirib ki, diaspor təşkilatlarının fəaliyyətini keçirilən aksiyalara topladığı insanların sayına görə dəyərləndirmək olmaz. Onun sözlərinə görə, bu gün erməni lobbisinin güclü olmasının səbəbini azərbaycanlıların diaspor təşkilatlarının zəif olması ilə əlaqələndirmək doğru olmaz: "Ermənilər uzun illər Fransa, Amerika və müxtəlif xarici ölkələrdə yaşayıblar. Onların yaşamağa öz torpaqları olmadığından başqa-başqa ölkələrə səpələniblər. Ermənilərin bələdiyyələrdə, senatda, hətta xarici ölkələrin məşhur telekanallarında rəhbər vəzifədə nümayəndələri çalışır. Bu onların lobbiçilik fəaliyyətini daha da gücləndirir, dəstək olur".

İ.Ağayevin sözlərinə görə, artıq son illər Azərbaycanın xarici ölkələrdəki diaspor quruculuğu siyasəti erməniləri də qorxuya salıb: "Ermənilərin elə bir tədbiri yoxdur ki, xaricdəki diaspor təşkilatları onlara cavab verməsin. Bununla yanaşı bizim diaspor təşkilatları Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində də aparır".

Gənc Politoloqlar Mərkəzinin (GPM) sədri İlkin Əliyev isə hesab edir ki, xaricdəki soydaşlarımız artıq öz milli mənsubiyyətlərini dərk edərək onu qoruyub saxlamağa nail olublar.

Onun sözlərinə görə, indi qətiyyətlə demək olar ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli maraqları Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və bu onların əsas strateji məqsədlərindən biridir: «Əslində hazırkı şəraitdə Azərbaycan diasporasının mütəşəkkil fəaliyyətinə heç vaxt olmadığı qədər ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, müstəqil daxilixarici siyasət yürütməsi, ölkəmizin zəngin karbohidogen ehtiyatlarına malik olması və dünyanın güc mərkəzlərinin enerji mənbələri uğrundakı savaşı diaspora fəaliyyətimizin daha da güclənməsini zəruri edir. Bununla yanaşı, müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini tələb edir».

GPM sədri bildirib ki, Azərbaycan dövlətinə qarşı heç bir ölkədə olmadığı qədər təhdidlərin olması diaspora fəaliyyətimizin möhkəmlənməsini önə çıxarır: «Etiraf edilməlidir ki, diaspora təşkilatlarımıza verilən dövlət dəstəyi məhz sadalanan məsələlərin həllində mühüm rol oynayır. Belə ki, artıq diaspora təşkilatlarımız bəzi problemlərin bir çoxunun həllində ciddi uğurlara nail olublar. O da etiraf edilməlidir ki, qarşıya qoyulan hədəflərə tam şəkildə nail olmaqdan ötrü diaspor təşkilatlarımızın dövlətlə əməkdaşlıq şəraitində bir sıra məsələlərin həlli vacib sayılır. Məlum olduğu kimi Azərbaycanın beynəlxalq imici, həyata keçirilən çoxşaxəli xarici siyasət, dünya ölkələrinin iqtisadienerji maraqları ölkəmizin bir sıra inkişaf etmiş dövlətlərlə bərabər səviyyədə əməkdaşlığına şərait yaradıb. Artıq Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə ticarət əlaqəsindədir. Bu isə o deməkdir ki, müstəqil Azərbaycan üçün dünyanın bir o qədər ölkəsi ilə qarşılıqlı faydalı əməkdaşlıq imkanı yaranıb. Bununla yanaşı bir sıra ölkələrlə siyasi əlaqələrimiz də normaldır, hətta bəzi ölklərlə siyasi əməkdaşlığımız fayda verməkdədir. Belə ki, artıq Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində bir sıra ölkələrlə vahid mövqedən çıxış edir, beynəlxalq hüquq çərçivəsində dövlətlərin maraqlarının müdafiəsində prinspiallıq nümayiş etdirir».

İ.Əliyev qeyd edib ki, belə fəaliyyət parlamentlərarası əməkdaşlıq səviyyəsində özünü daha qabarıq büruzə verir: «Məhz belə bir vəziyyət imkan verir ki, Azərbaycanla normal siyasi-iqtisadi münasibətdə olan ölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdə monolit qüvvə kimi çıxış etməyə nail olsunlar. Daha dəqiq, həmin ölkələrin siyasiictimai həyatına nüfuz edə bilsinlər. Sirr deyil ki, dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir. Həmçinin yaşadıqları ölkədə Azərbaycanın milli və dövlət maraqlarının təmin olunmasında müəyyən rol oynamaq imkanı yaranır. Konkret olaraq qeyd etmək olar ki, dünya azərbaycanlılarının yaşadıqları ölkələrin seçkiliyaxud icra strukturlarında təmsil olunmaları soydaşlarımızın hüquqlarının müdafiəsi ilə yanaşı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Məhz bu halda dünya ölkələrinin parlamentlərində, nəticə etibarilə isə beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları barədə ədalətli qərarların qəbuluna nail olmaq mümkündür».

Ekspert vurğulayıb ki, dövlətin xüsusi dəstəyi nəticəsində son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən birinə çevrilib: «Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir. Məhz bunun nəticəsidir ki, artıq xarici ölkələrdə soydaşlarımız üçün "Bazar günü" məktəblərinin açılması, müxtəlif icma və birliklərin nəzdində qəzet və jurnal, radio və televiziyaların fəaliyyət göstərməsinə nail olunub. Bunun isə öz növbəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində mühüm rol oynaması şübhə doğurmur. Sadalanan faktlar deməyə əsas verir ki, hazırki şəraitdə Azərbaycan diasporu qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək gücünə malikdir. Lakin o da etiraf edilməlidir ki, diaspor fəaliyyəti daim inkişafda olan fəaliyyət növü olduğundan onun daha da təkmilləşməsinə ehtiyac duyulur. Belə məlum olur ki, dövlətin dəstəyi sayəsində Azərbaycan diasporasının müstəqillik illərindəki fəaliyyəti öz səmərəsini verməkdədir. Xüsusən, son zamanlar Diasporla İş üzrə Dövlət Komitəsinin işi daha da güclənib. Deməli, diaspora fəaliyyətinin dövlət səviyyəsində aparılması çox əhəmiyyətlidir».

İ.Əliyev qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarının vacibliyini dərk edən dövlət artıq diasporanın fəaliyyətinin daha da güclənməsi məqsədilə bir sıra vacib məsələləri həll edib: «Xatırlatmaq yerinə düşər ki, ölkə parlamenti xaricdə yaşayan azərbaycanlılarla bağlı qanun qəbul edib. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsi indi birmənalı şəkildə demək olar ki, diaspora ilə bağlı sistemli şəkildə aparır. Bunun nəticəsidir ki, diaspora fəaliyyəti xeyli güclənib. Sirr deyil ki, əvvəllər xarici ölkələrdəki Azərbaycan cəmiyyətləri dağınlıq idi, onlar arasında koordinasiya aşağı səviyyədə müşahidə olunurdu. Məhz bu səbəbdən diaspora təşkilatlarımız fəaliyyətlərini lazımi səviyyədə əlaqələndirə bilmirdilər. Dövlət Komitəsi yarandıqdan sonra bu sistemli və ardıcıl şəkildə aparılır. O da nəzərə alınmalıdır ki, diaspora fəaliyyəti bizim üçün yeni bir sahədir, hələ bu istiqamətdə fəaliyyətə yenicə başlamışıq. Buna baxmayaraq indiyə qədər diaspora ilə dövlət səviyyəsində aparılan işi yüksək qiymətləndirmək lazımdır. Düzdür, dünyanın ayrı-ayrı ölkələrində elə cəmiyyətlər var ki, fəaliyyəti kifayət qədər güclü deyil. Lakin bir faktdır ki, fəaliyyəti zəif olan icmaların gücləndirilməsi üçün Azərbaycan dövləti və aidiyyati orqanlar lazımi işləri görürlər. Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət yetirir. Dövlət başçısı buya digər ölkəyə səfər edərkən təkcə həmin ölkənin dövlət və hökumət rəhbərləri ilə deyil, eyni zamanda oradakı Azərbaycan icmalarının rəhbərləri və nümayəndələri ilə görüşür, onları dinləyir, onların problemləri ilə maraqlanır. Həmin problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlarını verir. Təsadüfi deyil ki, bu gün dünya azərbaycanlıları İlham Əliyevi özlərinin lideri hesab edir. Bunun əsas səbəblərindən biri odur ki, dövlət başçısı harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara çox böyük diqqət yetirir, onların problemlərinin həll olunmasında əməli fəaliyyət göstərir».

Təbii ki, azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunmuşdur. Bu məfkurənin daşıyıcısı olan azərbaycanlıların harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə demək olar ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır.

 

Bilman ALLAHVERDİYEV

 

Azad Azərbaycan.- 2020.- 7 mart.- S.5.