Ömür yolları”: 70 illik mənalı ömrün anları

 

Tanınmış yazıçı, dramaturq, rejissor, aktyor, jurnalist, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun dünən - mart ayının 16-da 70 yaşı tamam oldu. Ömrünün 50 ilini ədəbiyyata, jurnalistikaya, incəsənətə, teatr quruculuğuna böyük şərəflə xidmət edən, 150-dən çox hekayə, 6 roman, 6 povest, 15 pyes, 20 ssenari, 1000-dən çox publisist yazı, məqalə, oçerk, ressenziya müəllifi, 40-dan çox rollar oynayan, 140-dan çox tamaşalara quruluş vermiş Ağalar İdrisoğlu çox mənalı və maraqlı ömür yaşayıb. Onun bu mənalı, maraqlı ömrünə, bədii yaradıcılığına, rejissorluğuna, aktyorluğuna və hayatına həsr olunan 200-dən çox məqalə, oçerk, ressenziya işıq üzü görüb. Ayrı-ayrı şairlərimiz ona 10-dan çox şeir həsr eləyiblər.

Bütün bu yazılar və şeirlər “Ömür yolları” adlı kitab kimi çapa hazırlanır. İndi isə biz həmin kitabdan oxuculara Ağalar İdrisoğlunun 70 illiyi münasibətilə aşağadakı şeirləri təqdim edirik.

 

Azad Azərbaycan.- 2020.- 17 mart.- S.7.