Qarabağım azadlığa qovuşur

    

Aman Allah bu yuxumu, xülyamı?!,

Qulaqlarım atəş səsi eşidir.

An içində sən dəyişdin dünyamı,

Qarabağım azadlığa qovuşur.

 

Mərd oğullar haray salıb çöllərə,

Bayrağımız Murovdağda ucalır.

Alınıbdır bu günlərdə Ağdərə,

İnanın ki, qələbəyə az qalır.

 

İgid qanı qarışmasa torpağa,

Qələbədən danışmağa dəyərmi?!.

Lüzum yoxdur ermənidən qorxmağa,

Türk oğlu da düşmənə baş əyərmi?!.

 

Otuz ildir dözdük-dözdük dayandıq,

Səbrimiz daha buna dözmədi.

Düşmənimiz tənə vurdu, oyandıq,

Lakin düşmən qarşımızda dözmədi.

 

Qarabağım tapdaq altda qalmışdı,

Mənfur düşmən barışığa gəlmədi.

Başımızı qara bulud almışdı,

Biz dərd çəkdik bunu heç kim bilmədi.

 

Ali baş komandan tez verdi əmri:-,

Geriyə yol yoxdur, hücum irəli”.

Yox idi düşmənin bundan xəbəri,

Bu qəfil hücumdan oldu sərsəri.

 

Başlandı atışma, başlandı dava,

Dörd günə alındı neçə kəndimiz.

Dağıldı buludlar, açıldı hava,

Yox imiş elə bil bizim dərdimiz.

 

Qisas qiyamətə qalmazdeyirlər,

Bir qara dağ idi doğma Qarabağ.

Necə qanmaz imiş bu ermənilər,

Məgər bilmirdilər bizimdi torpağ?!.

 

Geyinib əyninə tülkü donunu,

Gah sağa əsirdi, gah da , sola.

Oynaya bilmədi o bu oyunu,

O çox arxayın idi fransızlara.

 

Paşenyan uduzdu, olduPeşkayan”,

Şah oğlu şah qaldı İlhamın adı.

Bir kimsə olmadı peşkaya həyan,

Sərsəm arzuları qəlbində qaldı.

 

Tülküsaymayırdı guya ki, Türkü,

Başından yuxarı danışırdı o,

Bu da bir tarixdir, onu bilin ki,

Türk oğlu heç zaman itirməyib soy

 

Siyəzən şəhəri

 

04.10.2020

 

Firdovsi ƏLƏMOĞLU

Şair-həkim

 

Azad Azərbaycan.- 2020.- 8 oktyabr.- S.11.