Xaraba Gilan arxeoloji ekspedisiyasının
uğurlu nəticələri
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan
Bölməsində Ordubad rayonu ərazisində fəaliyyət
göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının cari
ildəki nəticələrinə həsr olunan tədbir
keçirilib.
Bölmənin
sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ərazisində
arxeoloji qazıntılar zamanı əldə olunan
tapıntıların tarixi əhəmiyyətindən
danışıb. Bildirib ki, Xaraba Gilan
arxeoloji ekspedisiyası
Ordubad rayonu ərazisində 15 ildən
artıqdır ki, arxeoloji qazıntılarını
davam etdirir. Akademik Plovdağ, Aza, Dəlmə qalada aparılan tədqiqatların uğurlu
nəticələrinin müxtəlif
illərdə monoqrafiya
və elmi məqalələrdə öz
əksini tapdığını
deyib.
Daha sonra AMEA-nın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə
müdiri, tarix üzrə fəlsəfə
doktoru Bəhlul İbrahimli Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə
apardığı qazıntı
işlərinin yekun nəticələrini diqqətə
çatdırıb. Bildirib
ki, cari ildə Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kv. metr sahədə arxeoloji qazıntılarını
davam etdirib. Tədqiqatlar nəticəsində
40-a qədər daş
balta, son tunc dövrünə aid gil küpün
içərisində boyunbağısı
ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib.
Arxeoloq
həmçinin, Plovdağ
yaşayış yerində
aşkar olunan keramika qalıqlarından,
eləcə də dağ daşından işlənilən tikililərlə
bağlı iştirakçılara
məlumat verib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli,
institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiri,
AMEA-nın müxbir Vəli Baxşəliyev, Arxeoloji xidmət şöbəsinin müdiri,
dosent Zeynəb Quliyeva çıxış
edərək Xaraba Gilan arxeoloji ekspedisiyasının
nəticələrindən söz açaraq Azərbaycan arxeologiyası
üçün əhəmiyyətini
qeyd ediblər.
Tədbir çərçivəsində Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə aşkar etdiyi arxeoloji materiallar video görüntü vasitəsi ilə də iştirakçıların diqqətinə çatdırılıb.
Tofiq Seyidov
Azad Azərbaycan.-
2020.- 22 oktyabr.- S.9.