Azərbaycan dünya poeziyasının qiymətli incisi: Nizami Gəncəvi

 

 

 

Bu meydanda sanma asandır durmaq,

 

Nizamilə pəncə-pəncəyə vurmaq.

 

Nizamiyə pəncə uzatsa hər kəs,

 

Qırılar pəncəsi, murada yetməz.

 

Şir pəncəsi gərək şirlə edə cəng

 

Barı şir olmasa, qoy olsun pələng.

 

Nizami bir fildir, yox bərabəri,

 

Söz incisi ondan aldı dəyəri.

 

                        Əlişir Nəvai

 

Dünya mədəniyyət tarixinin zənginliyi sonsuz bir ümmanı xatırladır. Bu sonsuz ümman insan zəkasının bəhrəsi olan nadir elm, fəlsəfə sənət inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram məhəbbətlə qoruyub saxladığı yaşatdığı bu mənəvi mədəniyyət xəzinəsində orta əsr Azərbaycan fəlsəfə poeziyasının ən görkəmli nümayəndəsi, Şərqi Qərbi əsrlər boyu məftun etmiş Nizami Gəncəvinin insanpərvər yaradıcılığı xüsusi yer tutur.

 

Nizami Gəncəvi humanist, mütəfəkkir şair kimi şöhrət qazanmış, əsərləri dünya bədii söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətini cəlb etmişdir. Onun əsərlərində qaldırdığı bəşəri ideyalar bir-birini əvəz edən bütün nəsillərin, eləcə bizim mənəvi müasirimizdir.

 

Azərbaycan ədəbiyyatı böyük Nizamiyə qədər mürəkkəb şərəfli yol keçmişdir. Bir tərəfdən Qətran Təbrizi, Əbül-Üla Gəncəvi, Şihabəddin Söhrəverdi, Məhsəti Gəncəvi, “Kitabi Dədə Qorqud” kimi möhtəşəm bir abidə ilə təmsil olunan söz sənətinin ən layiqli varisi olaraq meydana çıxan Nizami Gəncəvi özünəqədərki mədəniyyəti əlçatmaz zirvəyə qaldırmışdır. Nizami poeziyası fikir düşüncə baxımından zəngin bir ümmandır. Mayası elm ürfan, qayəsi insana dünyaya məhəbbət olan bu poeziyada insan yerlərin göylərin sirlərini öyrənməyə, dərk etməyə həyatını öyrəndiklərinə uyğun qurmağa çalışan fəal bir şəxsiyyətdir. O, Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir.

 

O mənim qıpçaqlı Afaqıma bənzərdi

 

Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb, böyüdüb. Böyük şair “Leyli Məcnun” poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir.

 

Nizami Gəncəvi dayısının himayəsində tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar, uğradıqları fəlakətə baxmayaraq, öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər.

 

Nizaminin yüksək təhsil alması ona “müdrik” ləqəbinin verilməsindən aydın olur. Onun müdrikliyini, islam alimləri ilə yanaşı, tanınmış yunan filosoflarını “İsgəndərnamə”də danışdırması, onların dünyanın yaradılışı haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etməsi təsdiq edir. Bundan əlavə, şair öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olduğunu göstərib.

 

Şairin musiqi aləmində geniş biliyə sahib olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı otuz mahnının hərəsini ustalıqla bir beytlə təsvir etdiyindən görürük. Ədəbiyyat sahəsində olan dərin məlumatını “Kəlilə Dimnə” nin təmsillərinin qırxını qırx beytə sığışdıra bilməsindən anlayırıq. Astronomiya sahəsində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməsindən öyrənirik.

 

Nizaminin əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adi geniş yayılan sadə mənbələrdən deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır.

 

Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olub. Nizami bu türk qızını ürəkdən sevib onunla evlənib (1173-cü il). Canı qədər sevdiyi əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlib. “Xosrov Şirin”i yazarkən (1180-ci il) qıpçaqlı gözəl vəfat edib.

 

Şair dünya ədəbiyyatında misilsiz gözəllik nümunəsi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən, sözü öz sevimli xanımına gətirərək deyir: “O (Şirin), mənim qıpçaqlı Afaqıma bənzərdi”.

 

Bəzi tədqiqatçıların qənaətinə görə, şair Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adının Afaq olduğunu bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da “türküm köçdü isə , İlahi, türk balasını Sən özün qoru” sözləri ilə bizə anladır. Şairin öğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır.

 

Dahi şairimiz Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçib. O, təvazökarlıq qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşayıb. Təvazökarlıq Nizami həyatının ana xətti olub.Təvazökarlıqla eyni mənbədən gələn gözütoxluq şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır.

 

Nizami Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmdarların qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşayıb. Dünya şöhrətli şair bu hərəkətin hikmətini belə şərh edir: “Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik avaralıqdan ibarətdir. Padşahla oturub-durmaqdan çəkin, çünki bu pambıqla odun münasibətinə bənzər. Od qədər parlaq olsa da, salamatlıq oddan uzaqlarda olar. Pərvanə şamın işığına can ataraq ona yaxınlaşdıqda yanar

 

Dahi şair “İskəndərnamə”də öz vəziyyətini təsvir edərkən bildirir ki, o, “Allaha sığınmaqdan başqa qayğısı olmayan bir mütəfəkkirdir” sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: “İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər

 

Nizami Gəncəvi beş böyük məsnəvisindən birincisini – “Məxzənül-əsrar”ı 1160-cı ildə yazıb. O zaman şair 20 yaşında olub. “Məxzən” onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri başqa şeirləri ilə artıq yaxşı tanınan bir sənətkar idi.

 

Son böyük əsəri olan “İskəndərnamə”ni 1201-ci ildə yazıb. Bu tarixdən dörd ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğrayıb. İskəndərin onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən şair öz ölümünü təsəvvür edib “Onlar yuxuya getdikləri kimi Nizami yatdı”, - deyibdir. Bu tarixi insanımız ömrünün yarım əsrlik bir qismini sənət, hikmət insanları düz yola sövq etməyə sərf edib. Nəhayət, öz sözləri ilə desək, 1209-cu ildə o, “müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub”. Beləliklə, dünyanın ölməzləri sırasına girən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olub.

 

Aynur TURAN

 

 Azad Azərbaycan.- 2021.- 29 aprel.- S.11.