Müqayisəli ədəbiyyatşünaslıq jurnalının Abay Kunanbayevə həsr olunmuş xüsusi buraxılış çap olunub

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müqayisəli ədəbiyyatşünaslıq beynəlxalq elmi jurnalının qazax yazılı ədəbiyyatının görkəmli nümayəndəsi Abay Kunanbayevə həsr edilən xüsusi buraxılışı çap olunub.

 

Bir sıra nüfuzlu beynəlxalq indekslərə daxil olan jurnalın bu sayında Abay Kunanbayev haqqında yerli, eləcə xarici müəlliflərin araşdırma məqalələri yer alıb.

 

Nəşrin bu sayı jurnalın baş redaktoru, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin Böyük qazax mütəfəkkiri Abay Azərbaycan məqaləsi ilə açılır. Məqalədə Abay Kunanbayevin qazax ədəbiyyatının, maarifçiliyinin inkişafında rolu, Azərbaycanda böyük sənətkara olan münasibət tədqiqata cəlb edilib.

 

Vəsaitdə, həmçinin Xalq yazıçısı Mirzə İbrahimovun Xalqın böyük sənətkarı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın Ağaclar quruyub qocalar kimi, göylərə yalvarır budaqlayanda görkəmli qazax ədibi Muxtar Auezovun Böyük yaradıcı məqalələri yer alıb. Həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məmməd Əliyevin Abayın tarixi-bədii obrazı məqaləsi bu saya daxil edilib.

 

Qeyd edək ki, xüsusi buraxılışın Tənqid ədəbiyyatşünaslıq, Müqayisəli ədəbiyyatşünaslıq, Folklor, Tərcümə işi, Maarifçilik bölmələrində Abay Kunanbayevin həyat fəaliyyətini müxtəlif yönümlərdən işıqlandıran Azərbaycan, türk rus dillərində 21 məqalə yer alıb.

 

Gülnar Səma

Azad Azərbaycan.- 2021.- 29 aprel.- S.11.