MİR CƏLAL OCAĞI

 

 

(Əzizim Hafiz Paşayevin 80 illiyinə)

 

Dilim söz tutandan əlim haqdadı.

 

mənim səadətim o ocaqdadı.

 

Həmid Araslını mən orda gördüm,

 

Şəfaət Mehdiyev süfrə başında,

 

Şıxəli Qurbanov cavan yaşında.

 

Lev Tolstoyu da divarda gördüm.

 

Köynəyin üstündən qayış kəməri,

 

sözdən doğulmuşdu söz peyğəmbəri.

 

Cavid, Mirzə Cəlil, Vurğun Mehdi

 

o evdə həmişə təriflənərdi.

 

Üç oğul anası Püstə xanım da,

 

bir dəfə əyləşdi gəlib yanımda.

 

Mənə oğlum dedi, dördüncü oğlum".

 

anasız vaxtımda analı oldum

 

Elmira, Ədibə şux bacıdılar.

 

qızlar anasına duaçıdılar.

 

Tofiq , Eldar da çıxmaz yadımdan.

 

Biri o birindən daha mehriban.

 

Arif bir nəsilin kişi gözəli!

 

 

 

Onda Moskvanın tələbəsiydi.

 

Onda yadımdadı, bircə təsəlli,

 

o da Mir Cəlalın tərbiyəsiydi.

 

Arif o evdə söz yiyəsiydi,

 

böyük qardaş idi, ilk oğul payı.

 

Mir Cəlal Arifə deyəsiydi,

 

arxası yoxuydu ondan savayı.

 

Anası deyirdi amma sözünü:

 

Arif, bax, qızlardan gözlə özünü

 

Moskva böyükdü, o boyda şəhər.

 

bilim, deyirlər, belə bir təhər.

 

Gözə gəlimlisən sən , maşallah.

 

sonra da deyirdi, qorusun allah

 

Anası dedikcə, Arif danırdı,

 

gözəllik üstündə o danlanırdı

 

Mir Cəlal kənarda gülümsəyirdi.

 

Özü öyrətmişdi Püstə xanımı.

 

demişdi belə de, o da deyirdi.

 

Mir Cəlal kənarda gülümsəyirdi...

 

Hafiz az danışan, asta yeriyən.

 

amma fikri yeyin, sözü şax deyən.

 

O da Moskvanın tələbəsiydı,

 

səsi atasının eyni səsiydi.

 

Bəzən danışanda qucaqlayırdım.

 

Mir Cəlaldan ötrü mən ağlayırdım.

 

Aqil zarafatda əvəzsiz idi,

 

heyif, dünyasını dəyişdi, getdi...

 

Mən indi gördüm ki, ruhlar oyaqdı,

 

Ruhlar dünyasında bu dünya haqdı

 

Bu axşam Ay doğub ayna sularda.

 

İşığı hardadı, gör özü harda?!

 

Deyir elə bilmə mən unutmuşam.

 

Soruşma yerimi, hardayam, şair.

 

Göydə yoluna çıraq tutmuşam.

 

Mənəm Mir Cəlalam, mən Ayam, şair

 

Allahım, deyir o böyük insan?

 

deyir, xatırla ki, xatırlanasan...

 

 

 

Nəriman HƏSƏNZADƏ, Xalq şairi

 

 

Azad Azərbaycan.- 2021.- 29 aprel.- S.3.