Kamranın Vətən sevgisi ilahi sevgi idi

 

 

 

Vətənə məhəbbət, torpağa bağlılıq lap uşaq yaşlarında Kamran Ceyhun oğlu Səmədovun qəlbində özünə yer etmişdi. Elə bu saf ülvi dəyərlərlə müstəqil həyata qədəm qoyan Kamran yalnız nəcib, xeyirxah əməllərə can atır edirsə onu insanların xoşbəxt yaşayışına yönəldir. Məhz buna görə dünyaya göz açdığı Lənkəran rayonunun Liman şəhərində kiçik , böyük ona hörmətlə yanaşır, nüfuzunu uca saxlayırlar.

 

Kamranın 2015-ci ildə başlanan həqiqi hərbi xidməti onun gənc ömrünə yeni dəyərlər qatır. O, doğma Azərbaycanın müqəddəsliyini hər şeydən əziz tutur, ona layiqli, etibarlı, sədaqətli övlad olduğunu vicdanlı xidməti ilə sübut edir. Həm mərdliyini, Vətənə sonsuz məhəbbətini görən əsgər yoldaşları Kamranı özlərinə iftixar mənbəyi, qeyrət yeri bilirlər.

 

Əsgərlikdən sonra da Vətənin, xalqın xoşbəxtliyi üçün çalışmaq Kamranın bütün arzularının zirvəsində dayanır. Nəcib, ülvi arzularla yaşayan gənc Qarabağ torpaqlarını işğal altında saxlayan erməni faşistlərdən qisas almağı da unutmur. Odur ki, 27 sentyabrda İkinci Qarabağ müharibəsi başlanan gündən könüllü olaraq xalqın mərd oğullarına qoşulub əlinə silah alıb döyüş meydanında düşmənə qarşı vuruşur. Ağır müharibələr görür, bir qarış Vətən torpağının düşmən tapdağına çevrilməməsindən ötrü canından keçməyə belə hazır olur. Ulu yurd yerləri qarış-qarış azad olduqca, sanki bu Kamrana yeni güc, qüvvə verir, odun-alovun içində düşməndən ürəyincə qisas ala bilir. Oktyabrın 31-də Qubadlı döyüşlərində minamyot mərmisi 23 yaşında Kamranın Vətən məhəbbətli ürəyini susdurur. Bununla da Azərbaycan daha bir layiqli övladını itirir.

 

Kamran döyüşlərə manqa komandiri kimi qatılmışdı. Tabeliyində olan əsgərlərə qardaş münasibəti bəsləyir, həmişə onlara deyir ki, Vətən müqəddəsdir, onun uğrunda həlak olanlar ölmürlər. Milyonların ürəyinə köçən şəhid Kamran da belə. Azərbaycan var olduqca onun adı dillərdə dastana dönəcək.

 

Qalib şəhidimiz ölümündən sonra dövlət tərəfindənQubadlının azad olunmasına görəmedalına layiq görülüb.

 

Zəfər ORUCOĞLU

 

Azad Azərbaycan.- 2021.- 19 avqust.- S.5.