Milli-mənəvi dəyərlər xalqımızın kimlik vəsiqəsidir

 

 

 

İnsanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan onun

mənsub olduğu xalqın milli-mənəvi dəyərləridir

 

Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında hər zaman mövcud olub. Bizi digər xalqlardan fərqləndirən elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımız olub. Bu mənada Azərbaycan ailəsi başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət hər zaman əsas göstəricilərdən biridir. Çünki bir milləti var edən daima ayaqda saxlayan onun milli-mənəvi dəyərləridir.

«Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür» - desək təbii ki, yanılmarıq. Öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar, araşdırmalar qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu qoruyub saxladığını üzə çıxarır. Azərbaycanın milli dəyərləri min illər əvvəl formalaşan, bu günədək demək olar ki, dəyişilməyən, itirilməyən dəyərlərdir. Bu dəyərlər vahid xalq olaraq formalaşmağımızda da əhəmiyyətli rola malikdir.

Mənəvi dəyər özünün fiziki mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup ya cəmiyyətin əksər üzvlərinin doğru lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları inanclardır. Bu gün dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərləri belə xarakterizə edə bilərik: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik.

Milli dəyərlərimizin qorunması gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolu vardır. Bu dəyərlərin qorunması gələcək nəsillərə çatdırılması isə hər zaman aktualdır. Ona görə ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolu vardır.

Mənəvi Dəyərlərin Təlbiği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, milli-mənəvi dəyərlər xalqımızın kimlik vəsiqəsidir: «Bir xalqın ya bir ölkənin digər xalqlar ölkələr arasındakı yeri həm onun milli-mənəvi dəyərləri ilə ölçülür. Azərbaycan xalqı zəngin dəyərlərə sahibdir. İndi ki, qloballaşma şəraitində bu dəyərlərin qorunması təbliği mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl bu bizim milli varlığımız mədəniyyətimizlə bağlı məsələdir. Dəyərlərimizi qorumaq milli kimliyimizi hifz etmək, onların təbliği isə mədəniyyətimizin təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin dəyərlərin təbliği tanıdılması üçün imkanlar daha genişdir biz bu imkanlardan maksimum istifadə etməliyik”.

 

Psixoloq Elnur Rüstəmov isə qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heç asan məsələ deyil: «Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm amillər sırasındadır. İnsanlar arasındakı gərginlik stress təsir edən faktorlar qisminə aid olunur. Bu isə istər milli-mənəvi, istər ailə dəyərlərinin itməsinə, istərsə müəllim-şagird, valideyn-övlad münasibətlərinə öz təsirini göstərir. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, milli-mənəvi dəyərlərimiz dərindən təhlil edilib araşdırılmalı bu istiqamətdə əsaslı tədbirlər görülməlidir. Yalnız bu halda hansısa nailiyyət əldə bilərik".

E.Rüstəmov vurğulayıb ki, milli-mənəvi dəyər anlayışını gənclərə təlqin etməyin müxtəlif üsulları var: "Örnək olaraq qardaş ölkə Türkiyəyə baxmağımız yetərlidir. Türkiyə Avropaya bizdən daha tez inteqrasiya edib. Lakin bununla yanaşı, onlar üçün mühüm olan ilk növbədə vətənpərvərlik milli-mənəvi dəyərləridir. Onlar vətənpərvərliyi təkcə müharibə etməkdə görmürlər. Onlar gənclərdə bayrağa, vətənə, millətə sevgini kiçik yaşlarından aşılayırlar. Onlar bununla bəzi şeylərin müharibəsiz mümkün ola biləcəyini dünyaya bəyan edirlər. Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Düşmən zatən bəllidir. Ona görə bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır"

Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq da ən vacib şərtlərdəndir. Çünki dünya xalqları arasinda milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur.

 

İnsanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan onun mənsub olduğu xalqın milli-mənəvi dəyərləridir. Bu qaydalar dünya svilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan davranış qaydalarıdır. Bu qaydalar dünya svilizasiyasinin təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb onun böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə dərəcədə səsləşməsindən asılıdır.

 

Milli adət-ənənələrin öyrənilməsi onların mənəvi dəyərlər sisteminə çevrilməsi bu baxımdan həmişə aktual olub. Çünki, tarixin bütün dövrlərində millətin xalqın ictimai şüur səviyyəsini əks etdirən adət ənənələr həm mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi çıxış edib.

 

Cavanşir QƏDİMOV

 

Azad Azərbaycan.- 2021.- 18 fevral.- S.9.