Dünənlə sabahın şairi

Respublika Gənclər Kitabxanası Sabir Rüstəmxanlının 75 illik yubileyi münasibətilə silsilə materiallar hazırlayıb

 

 

Respublika Gənclər Kitabxanası müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının 75 illik yubileyi münasibətilə materiallar hazırlayıb.

 

Kitabxanadan bildirilib ki, şairin yubileyi münasibətiləXalqın səsinə çevrilən misralaradlı biblioqrafik vəsait, “Dünənlə sabahın şairibaşlığı altında tammətinli kitabların virtual sərgisi tərtib edilib.

 

Biblioqrafik vəsaitdə Sabir Rüstəmxanlının həyat yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, müəllifin kitabları məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, ön söz yazdığı kitablar, özü yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya daxildə əlifba ardıcıllığı ilə verilib. Vəsaitdə qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93-ü Azərbaycan, 10-u türk, 9-u rus dilində), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir.

 

Dünənlə sabahın şairiadlı virtual sərgidə müəllifin əsərləri haqqında yazılmış tammətnli kitabların biblioqrafik təsviri annotasiyalar, sitatlar, şəkillər həmin kitabların yerləşdirildiyi saytların linkləri qeyd olunub. Hər iki vəsait kitabxananın saytında, sosial şəbəkə səhifələrində yerləşdirilib.

 

 Sözügedən materiallar aşağıdakı linklərdə təqdim olunur.

 

Azad Azərbaycan 2021.-10 iyun.- S.9.