Tarixi adət ənənələrimiz: Toy mərasimləri

 

Adət ənənələr daim insan münasibətlərinin tənzimləyicisi istiqamətvericisi olmuşdur

 

Uzun illər öz müstəqilliyini itirmiş Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Keçmiş Sovet dövlətinin kommunist ideoloji mühiti isə dini-milli adət ənənələrimizin öyrənilməsinə təbliğinə qadağalar qoymuşdur. Yeni adət ənənələr adı altında əsasən soçialist həyat tərzinin mahiyyətini məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət mərkəzinə çıxarılmışdır.

 

Təbii ki, hər bir insan hələ uşaq yaşlarından milli adət ənənələrlə qarşılaşır bu ruhda tərbiyə alır. Hər bir yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət ənənələri heç hər zaman olduğu kimi təkrar etmir. Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələblərinə uyğun olaraq, onların köhnəlmiş hissələrini atır, mütərəqqilərini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir. Bununla da dövrə uyğun olaraq yeni adət ənənələr yaranır.

 

Adət ənənələr daim insan münasibətlərinin tənzimləyicisi istiqamətvericisi olmuşdur. Çünki bunlar hər bir insan nəslinin yaratdığı əxlaqi, mənəvi cəhətləri qoruyub yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir. Məhz adət ənənələrin bu xarakterik cəhətlərinə görə sovet sistemində onlardan geniş tərbiyə vasitəsi kimi istifadə edirdi. Sovet tədqiqatçıları haqlı olaraq qeyd edirdilər ki, yaşlı nəsil eyni zamanda hər bir tərbiyəçi valideyn böyüməkdə olan gənc nəsli əxlaqi davranış qaydaları ilə adət ənənələrlə tanış edir. İnsanlar bütün hallarda öz sevincini, şadlıq kədərini, nifrət məhəbbətini əməyə, təbiətə, ailəyə, vətənə, övlada, dosta olan insani münasibətini məhz qarşılıqlı ünsiyyət prosesində həyata keçirmişlər.

 

Bildiyimiz kimi adət ənənə ilə əxlaq arasında möhkəm qarşılıqlı əlaqə vardır. Daha doğrusu, hər bir ənənə müəyyən əxlaqi məna daşıyır, həmin adətləri yetirməmək, onları qoruyub saxlamağı bacarmamaq ciddi narazılığa, insan münasibətlərinin kəskinləşməsinə, şəxsiyyətlə kollektiv cəmiyyət arasında zidiyyətin meydana gəlməsinə səbəb olur. Əxlaqi adət ənənələr, qayda tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi fəaliyyət göstərir.

 

Adət ənənələrimizi keçmişdəki kimi saxlamaq, qorumaq bir qədər çətinliklə üzləşsə , qədirbilən insanlar onu ölməyə qoymur. Bir müddət milli adət ənənələrimiz sönük görünsə , meydanı daraldılsa da, son vaxtlar dövlətin uğurlu mədəniyyət, mənəviyyat siyasəti sayəsində geniş şəkildə təbliğ olunur.

 

Azərbaycan xalqının milli adət-ənənələrindən danışarkən onun çoxşaxəli olduğunu da unutmamalıyıq. Adətlər sistemimizə çox dəyərlər daxildir vaxtaşırı olaraq biz onlardan bəhs edirik.

 

Toy adətləri Azərbaycan türkünün ən əski ənənələrindən biridir ki, bu müqəddəs dəyər əsrlərin süzgəcindən, sınağından keçərək günümüzə qədər yaşayır. Bura edilən bəzi uğursuz dəyişikliklərə baxmayaraq, toy adətimiz öz mayasına, ana axarına sadiqdir. Toy yeni ailə ittifaqının yaranması, təzə qohumluq münasibətlərinin formalaşmasıdır. Yüz illərdi insanlar bu qudsal adətə bağlıdır.

 

Məlumdur ki, Azərbaycanda toy adətləri xalqımızın mədəniyyətinin tərkib hissəsi olaraq özünü doğruldub. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid zəngin bir adət sisteminə çevrilib. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı, bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy s.) sistemidir. Milli toy adətlərində Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapıb. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir edib, həm özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürüb. Toy adətlərinə zəmanənin təsiri hiss edilməkdədir.

 

Qeyd etdiyimiz kimi, toy Azərbaycan xalqının mədəniyyətində mühüm yerlərdən birini tutur. Bölgələrdən asılı olaraq müəyyən fərqliliklər olsa da, ümumi toy prinsipləri çoxdur bir çox elementlərdən ibarətdir. Azərbaycan milli toy adətləri bir-biri ilə bağlı olan mütəşəkkil sistemdir.

 

Azərbaycan xalqının məişətində kök salmış toy mərasimi müasir dövrdə özünəməxsus adət-ənənələrlə zənginləşmişdir. Azərbaycan toyunun mərhələləri bunlardır: Qız bəyənmə qızgörmə. Xəbər göndərmə. Elçilik. Böyük elçilik. Nişan taxma. Xonça gətirmə. Bayramlıq gətirmə. Danışığa gəlmə. Cehiz. Fətirüstü. Çörəkbişdi. Qız şaxı. Xınayaxdı. Kəbinkəsdirmə. Qız toyu. Toy günü. Gəlin aparma. Oğlan toyu. Tarixi-mədəni, folklor-etnoqrafik fenomen kimi, toy mərasimi özündə xalqın şifahi poetik musiqi yaradıcılığını təcəssüm etdirir, bu da ailə həyatı, etik normalar mənəvi prinsiplərlə bağlı xalqın qədim dünyagörüşünü əks etdirir. Toy mərasimi folklor qədim etnosun məişətinin ictimai həyatının bir çox hadisələrinin dərk olunmasına yol açır. Toy mədəniyyətin ayrılmaz tərkib hissəsi, milli ruhun təzahürüdür. Mərasimin mərhələlərinin musiqi poetik tərtibatında gerçəkliyin, bizi əhatə edən aləmin sinkretik qavranılması, xalqın inancları ayinləri, adət ənənələri, insan, ailə, uşaq, nəsillərin varisliyi, həyatın mənası haqqında fikirlər öz əksini tapır. Toy mərasimində xalqın musiqi poetik yaradıcılığının zənginliyi yanaşı, özünəməxsus janr rəngarəngliyi, ifadə vasitələri, dil-təfəkkür xüsusiyyətləri, obrazlar dairəsi, təsviri-tətbiqi sənət növlərinin, geyim mətbəx mədəniyyətinin təzahürləri baxımından dərin bir vəhdətdə özünü göstərir.

 

Toy mərasimində xalqın poetik musiqi istedadı, ifaçılıq mədəniyyəti, bədii-estetik zövqü, psixoloji düşüncə tərzi, qəlbinin genişliyi özünü qabarıq şəkildə büruzə verir. Bütün bunlar folklorşünasların, etnoqrafların, tarixçilərin, ədəbiyyatşünasların musiqişünasların diqqətini cəlb edərək, toy mərasiminin xalq mədəniyyətinin vacib bir sahəsi kimi öyrənilməsini aktuallaşdırır. Azərbaycan toy mərasimi xalqın ən əhəmiyyətli təntənəli ailə adət-ənənələrindən biridir. Toy mürəkkəb çoxpilləli mərasim olub, bir çox ayin adətlərin yerinə yetirilməsini tələb edir.

 

Qədim Azərbaycan toyu silsilə adət-ənənələrdən ibarət olmuşdur ki, onlar bu günə qədər xalqın təfəkküründə məişətində yaşayır yerunə yetirillir.

 

Azərbaycan xalqının toy mərasimi milli folklorun bütün rəngarəngliyini özündə əks etdirir. Onun tərkib hissələri toyun ardıcıl icra olunan mərhələlərindən, adət-ənənələrdən ibarətdir. Bu mərhələlərdən hər biri özünəməxsus hərəkət, davranış, dialoq, şeir, mahnı, rəqs s. tərtibat xüsusiyyətlərinə malikdir. Toy mərasiminin özünəməxsus geyim tərzi, mətbəx mədəniyyəti vardır. Bütün bunlar həm ayrı-ayrılıqda öyrənilə bilən sahələrdir mütəxəssislərin diqqətini cəlb edir.

 

Eyni zamanda, bunların kompleks öyrənilməsi vacibdir bu baxımdan xalqın həyatının mədəniyyətinin bütöv bir təbəqisini gözümüz qarşısında canlandırır.

 

 

Cavanşir QƏDİMOV

Azad Azərbaycan.- 2021.- 10 iyun.- S.9.