Adət ənənələr mədəni tədbirlər üçün rəmzi məna kəsb edir

 

Xalqımızın milli, tarixi-ənənələri bayramları mərasimləri

kütləvi tədbirlər içərisində xüsusi yer tutur

 

Milli-mənəvi dəyərlər millətin müqəddəs, toxunulmaz xəzinəsidir. Onun tərəqqisi milli varlığın mövcudluğu əbədiliyini tərənnüm edir. Hər bir xalqın tarixi, mentaliteti, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərləri vardır. Azərbaycanın qədim tarixindən bizə miras qalmış milli mədəniyyətimiz yeni nəsil tərəfindən qorunub saxlanılmalı, zənginləşdirilərək gələcək nəsillərə ötürülməlidir.

 

Ölkədə adət ənənələr mədəni tədbirlər üçün rəmzi məna kəsb edir onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən s. milli-rəmzi atributlardan geniş istifadə olunur. Xalqımızın milli, tarixi-ənənələri bayramları mərasimləri kütləvi tədbirlər içərisində xüsusi yer tutur. Bu bayramlarda qədim mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət ənənələr, bədii sərvətlər, tarixi hadisələr əks olunur. Amma sirr deyil ki, dövlətin incə daxili siyasətinə nüfuz edə bilməyən bəzi fərdlər "Qarabağ probleminin mövcudluğu şəraitində ölkədə bayramların çoxluğu"nu mövzuya çevirmək istəyənlər var. Amma bayramların mənəvi dəyərini yüksək qiymətləndirən fransız filosofu J.J.Russo deyib: УƏgər xalqı zəhmətkeş yaradıcı etmək istəyirsinizsə, ona bayram etmək imkanı verinФ.

 

Platon bayramları dövlətin sabitliyi hesab edərək göstərirdi ki, tərbiyə işində buraxılan qüsurları bayramlar vasitəsilə düzəltmək mümkündür.

 

Aristotelə görə isə, insan təbiəti elədir ki, o təkcə zəhmət çəkmək deyil, həm öyrənmək bayram etmək istəyir. Buna onun hərtərəfli haqqı var.

 

Göründüyü kimi, bayram mərasimlər insan həyatını mənalandıran başlıca amillərdəndir. Burada onlar görünür, ünsiyyət qurur, sevinc problemlərini bölüşdürürlər. Azərbaycan şəraitində bu gün heç bir bayram milli-mənəvi atributsuz keçmir.

 

Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı, Respublika günü, Qurtuluş günü, Konstitusiya günü digər bayramlarımız tarixi günlərimizlə yanaşı, cəmiyyətin hər bir inkişaf mərhələsində digər mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza məişətimizə yeni beynəlxalq bayram tarixi günlər daxil olur. Onların bəzilərinin kökləri qədim dövrlərə təsadüf etsə , ölkəmizdə son zamanlardan bəri müasir bayramlar kimi qeyd olunmağa başlayıb. Hər bir tarixi mərhələdə olduğu kimi müasir dövrdə bayramlar, tarixi hadisə günlər böyük təntənə ilə qeyd edilir. Xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətimizi bu gün yaşadır inkişaf etdirir. Deməli, milli-mənəvi dəyərlərimizin müasirliklə vəhdəti artıq layihə, proqram yox, həyat tərzidir. Beləliklə, xalqlar arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı ustadlığı təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya sivilizasiyasında özünəməxsus yer tutur.

 

Deyilən bu mənəvi dəyərlər dövrün, mövcud şəraitin ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma məzmun kəsb edir. Eyni zamanda şəraitə uyğun mənəvi dəyərlər adət ənənələr yaranır.

 

Azərbaycan müasirləşən, Avropa dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tutulur. Burada həmçinin xüsusi əhəmiyyətə malik olan məsələlərdən biri dövlət siyasətində prioritet sahələrdən biri din siyasətinin düzgün şəkildə aparılması xalqın, millətin mənəviyyatının yüksəldilməsi istiqamətində müvafiq işlərin görülməsidir.

Milli mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində xüsusilə son dövləri əhatə edən genişmiqyaslı fəaliyyəti ilə cəmiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da bu sahədə böyük işlər görmüşdür. Belə ki, fondun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını bərpasını daim diqqət mərkəzində saxlayır. Respublikamızın ərazisində olan müqəddəs ibadətgahlar, məscid ziyarətgahlar milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa yenidənqurmadan sonra xalqın istifadəsinə verilmişdir.

Təbii ki, bu abidələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. Ölkə Prezidentinin Sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzey musiqi məktəblərinin yaradılması s. qədim zəngin mədəni irsə olan diqqətdir. Eləcə ölkə başçısının Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən, milli-mənəvi dəyərlərin keşiyində duran onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamlar milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsidir.

 

Bütün bunlar Azərbaycan dövlətinin öz xalqının milli mənəvi dəyərlərinə xüsusi qayğısı diqqətinin bariz nümunəsidir. Azərbaycan xalqı da öz tarixinə, milliliyinə, dininə dilinə sadiq qalaraq bu istiqamətdə dövlət siyasətinə öz dəstəyini əsirgəməməli bir azərbaycanlı, bir müsəlman olaraq öz əlindən gəldiyi qədər bu dəyərləri qorumalı, təbliğ etməlidir.

 

Bəli, müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daxilən azad, milli təfəkkürlü, milli ruhun qorunub saxlanmasında maraqlı olan vətəndaş təmin edə bilər. Fərdin vətəndaşa çevrilməsi mürəkkəb prosesdir. Əsl vətəndaş mövqeyini örnəyə çevirən Ulu Öndər azərbaycanlı obrazını dünyaya təqdim etdi. Mənəvi dirçəliş sahəsində atılan hər bir addım azərbaycanlı obrazının cilalanmasına xidmət etdi. İslami dəyərlərə çox qısqanclıqla yanaşan dünya indi bu reallığı qəbul etmək məcburiyyətindədir. Dəyərlərin qorunmasında həmrəylik olduqca vacibdir. Ümummilli Liderin sözləri ilə desək, başqa məsələlərdə müxalif olmaq olar. Ancaq bu məsələdə - milli-mənəvi dəyərlərin qorunmasında hamımız eyni cür düşünməliyik buna eyni səviyyədə əməl etməliyik. Burada söhbət azərbaycançılıqdan, milli bütövlükdən, milli dəyərlərin qorunmasından, milli özünüdərkin önə gətirilməsindən gedir.

 

Cavanşir QƏDİMOV

 

Azad Azərbaycan.- 2021.- 18 mart.- S.9.