Fotoaparatını süngüyə çevirən sənətkar

 

Rasim Sadıqov- 65

 

 

 

(Portret cizgiləri)

 

 

Rasim Sadıqov. Bu ad Azərbaycan mətbuatına, mədəniyyətinə, incəsənətinə bütövlükdə ictimaiyyətinə çox yaxşı tanışdır. Çünki 45 ildən çoxdur ki, Azərbaycan mətbuatında onun çəkdiyi fotoşəkillər yazdığı məqalələr KİV-ləri bəzəyir. Həmçinin Azərbaycan mədəniyyətində, incəsənətində onun çəkdiyi fotoşəkillər, Tarix, Teatr, İncəsənət muzeylərində əsas yerləri tutmaqla ən çox baxılan şəkillər sırasındadır. Məhz buna görə Azərbaycanın foto video salnaməsini yaradan Rasim Sadıqovu çoxminli oxucularla daha yaxından tanış etməyin zamanıdır.

 

Qısa arayış: Rasim Mirzəbala oğlu Sadıqov 1956-cı il mart ayının 16-da Bakı şəhərinin tarixi kəndlərindən olan Novxanıda ziyalı ailəsində dünyaya gəlib. Sonradan bu ailə Sumqayıta köçüb Rasim Sumqayıt şəhərindəki 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə onun çəkdiyi fotoşəkillər yazdığı kiçik məqalələr təkcə Sumqayıtda çap olunan qəzetlərdə yox, respublika mətbuatında da çap olunub.

 

Rasim Sadıqov əgər desəm ki, həm fotoqraf, həm jurnalist kimi həqiqətən bənzərsiz sənətkardır, burada heç bir mübaliğə yoxdur. Onun çəkdiyi hər bir fotoşəkil sənət nümunəsi olaraq, elə bil ki, adamla danışır... Məhz buna görə tanınmış jurnalistlər, ədəbiyyat xadimləri, siyasi xadimlər, əsl sənətkarlar hətta rəssamlar da onun haqqında həmişə belə bir cümlə deyirlər: “Rasim Sadıqov fotoaparatını süngüyə çevirən əsl sənətkar jurnalistdir”.

 

Rasim Sadıqovun 1976-cı ildən başlayaraq çəkdiyi şəkillər bu gün Azərbaycan foto video salnaməsi üçün unikal bir xəzinədir. Bu şəkillər əsrlər boyu onu həmişə Azərbaycan mətbuatında tarixində layiqincə yaşadacaq.

 

Rasim Sadıqovla bizim tanışlığımızın 45 ildən çox tarixçəsi var. Belə ki, mən 1976-cı ildə Sumqayıt şəhərinə gəlib, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətə başlamışam. bir ildən sonra teatrda aktyor işləməklə paralel Sumqayıtda “Ümid” adlı Teatr-Studiya yaratmışdım. Bu Teatr-Studiyanın ilk tamaşası Cəlil Məmmədquluzadənin “Kamança” əsəri 1977-ci ilin mart ayının 16-da, yəni mənim ad günümdə olmuşdu. Həmin gün “Sumqayıt” “Exo Sumqayıta” qəzetlərindən tamaşa ilə bağlı şəkillər çəkməyə göndərilən Rasim Sadıqovun da məlum oldu ki, ad günü məhz mart ayının 16-dadır məndən 6 yaş kiçikdir. Bu mənim onun üçün bir sürpriz oldu. Elə həmin gündən biz dostlaşdıq.

 

1988-ci ilin fevralından Qarabağda başlayan müharibə ilə bağlı Rasim Sadıqov çoxlu unikal fotoşəkillər çəkib. Həmin təkrarsız şəkillər Azərbaycanın Qarabağ müharibəsinin salnamə fotoşəkilləri kimi tarixinə düşüb.

 

Bu gün mənim arxivimdə Rasimin çəkdiyi çoxlu şəkillər o illərdən əziz bir xatirə kimi qalır.

 

1976-cı ildən başlayaraq Sumqayıtda çap olunan bütün qəzetlərdə respublika qəzetlərinin bəzilərində “foto Rasim Sadıqovundur” imzası ilə maraqlı şəkillər çap olunmağa başladı. Heç 5-6 ay keçmədi ki, onu həmin vaxtlar respublikada ən məşhur qəzetlərdən olan “Ədəbiyyat İncəsənət” qəzetinin baş redaktoru, dəyərli ziyalı, Xalq şairi Nəriman Həsənzadə qəzetdə işləməyə dəvət elədi. O vaxtlar bu qəzetdə məqalə çap etdirmək işə düzəlmək çox çətin idi. Çünki Nəriman müəllimin böyük səyi zəhməti nəticəsində bu qəzetin hər nömrəsi 120 min nüsxə çap olunurdu. Bundan başqa qəzet həm Nəriman Həsənzadənin böyük təşkilatçılığı ilə yüksək tirajla fars latın qrafikası ilə çap olunub, Cənubi Azərbaycana Türkiyəyə göndərilirdi. Hər iki qonşu ölkədə bu qəzetin oxucuları həddindən artıq çox idi. Ona görə burada müxbir, fotomüxbir işləmək hər insana nəsib olmurdu. Buna görə fotoqrafdan böyük peşəkarlıq orijinallıq tələb olunurdu…

 

1990-cı ilin qanlı yanvar tarixi günlərinin əsas foto video çəkilişlərinin müəlliflərindən biri Rasim Sadıqovdur. O, çox böyük möcüzə nəticəsində həmin vaxt sağ qalıb. Deməli, həmin dəhşətli hadisələri bu günümüzə ən tutarlı faktlar kimi gətirmək üçün Böyük Yaradan özü Rasim Sadıqovu düşmən güllələrindən sapı özümüzdən olan baltalardan qoruyub. Ona görə biz dostlar Rasim Sadıqova “Allahın ən sevimli bəndəsi” deyirik.

 

Eləcə Xocalı faciəsində çəkilən unikal şəkillərin çoxunun müəllifi Rasimdir. Məhz həmin nadir şəkillər, videokadrlar sübut-dəlil kimi bizə əsas verir ki, ermənilərin faşist xislətini dünya xalqlarına sübut edək. O, özünün fotoaparatı video kamerası ilə Qarabağda müharibə gedən vaxtlarda tez-tez döyüş bölgələrində olurdu oradan unikal kadrları respublika mətbuatında yayırdı. Qarabağ döyüşlərində şəhid olan, yaralanan döyüşçülərin öz dədə-baba yurdlarından didərgin düşən yüzlərlə həmvətənimizin şəkilləri bu gün Rasim Sadıqovun arxivində ən müqəddəs əsərlər kimi qorunur. Eləcə Azərbaycana gələn dünyanın bir çox tanınmışlarının da ömürlərinin bir anlıq şəkilləri onun arxivində həddindən artıq çoxdur.

 

1988-93-cü illərdəki xaos vəzifə davası, torpaqlarımızın hərraca qoyulması səhnələrinə həsr olunan foto videokadrlar da Rasim Sadıqovun arxivində həddindən artıq çoxdur. Bunların hamısı hökmən dövlət səviyyəsində kitab kimi çap olunub, gələcək nəsillər üçün tutarlı sənədlər kimi qalmalıdır. Onun 19 il bundan öncə yaratdığı bu gün böyük uğurla rəhbərlik elədiyi “Az.PRESS.az” xəbər saytı qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaradıb. Həm təkcə Azərbaycanda yox, dünyada ən çox oxunan saytlarımızdan biridir.

 

45 ildə yaradıcılıqla əzmkarlıqla məşğul olan Rasim Sadıqov həm yaxşı müəllimdir. O, cəmiyyətimizə xeyli davamçısını da yetişdirib. Onlar öz müəllimlərilə birlikdə Azərbaycanın foto video salnaməsini yaradırlar. Bu gün bir çox media orqanlarında Rasimin onlarla yetirməsi çalışır öz müəllimləri kimi Azərbaycanın foto-video salnaməsini yaratmaqla məşğuldurlar.

 

Rasim Sadıqov 44 günlük Vətən müharibəsi vaxtı öz tələbələri ilə birlikdə rəşadətli ordumuzun igidliklərini, göstərdiyi böyük uğurları ən çox lentə alan, onlar haqqında fotoşəkillər çəkən sənətkarlarımızdan biridir. Bu videolentlər fotoşəkillər gələcək tariximiz üçün əvəzsiz işlər kimi əbədi qalacaq. Müharibədəki fədakarlıqları qələmə alan yazarlarımız da həmin fotoşəkillərdən layiqincə bəhrələnəcəklər.

 

Rasim Sadıqov ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir çox dövlət rəsmisinin, elm, ədəbiyyat, incəsənət adamlarının, məşhur ziyalıların bir-birindən maraqlı şəkillərinin müəllifidir. Həmin orijinal şəkillərin çoxu ilə biz mətbuatdan tanışıq. Amma bu şəkillərin müəllifinin bəzən məhz Rasim Sadıqov olduğunu bilmirik. Bütün bunlar da onun təvazökarlığından irəli gəlir. Yəqin elə buna görə onun əməyi bu vaxta qədər layiqincə qiymətləndirilməyib.

 

45 ildən çox mətbuat sahəsində şərəflə, peşəkarlıqla, yüksək vətəndaş cavabdehliyi istəyi ilə çalışsa da, ona hələ bu vaxta qədər fəxri ad verilməyib…

 

Baharın ilk ayında, 1956-cı ilin mart ayının 16-da dünyaya gələn dostumu ad günü münasibəti ilə bir daha onu sevən yaradıcılığını maraqla izləyən insanlar adından təbrik edirəm!

 

Ağalar İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

 

Azad Azərbaycan.- 2021.- 18 mart.- S.11.