Şəhidlər zirvəsinin fatehləri

 

Masallıda şəhidlərə həsr edilmiş kitabların təqdimatı keçirilib

 

Dünən - 19 may tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Gülsüm Adilqızının 2021-ci il tarixdə Bakının “Elm təhsilnəşriyyatında nəfis şəkildə, təbaşirli kağızda qalın qabıqda çapdan çıxmışŞəhidlər zirvəsinin fatehləriMurad ömrükitablarının təqdimat mərasimi olub. Pandemiya qaydaları gözlənilmək şərtilə keçirilən tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini  Aybəniz Qafarova açıb.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Kitabın müəllifi, tanınmış jurnalist Gülsüm Adilqızı 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın şücaətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsindən, şəhidliyin uca məqamından danışıb, kitabların nəfis şəkildə ərsəyə çatmasında ona dəstək verənlərdən söhbət açıb. Kitablarda rayonumuzun Viləş kəndindən olan şəhid qardaşlarAprel şəhidi Nurlan Əsgərli Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli haqqında geniş yazı verilib. Kitab yazısında qardaşların həyat döyüş yolu işıqlandırılıb, şəkillərdən geniş istifadə olunub.

Şəhidlərə həsr edilmiş  Şəhidlər zirvəsinin fatehləriMurad ömrü  kitablarının hər biri 2000 tirajla nəşr edilib.

Rayon Ağsaqqallar Şurasının sədri, yazıçı-publisist Ələşrəf Niftiyev, Masallıda məskunlaşmış şuşalı Rafiq Abbasov, «Əlil qadınlar» cəmiyyətinin sədri, “Tərəqqimedallı Aminə Abıyeva, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, «Vətən uğrunda» medallı şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova bağqaları çıxış edərək kitabın yüksək amal, Vətən uğrunda şəhid olanların haqqında əsl vətənpərvərlik ruhu ilə yazıldığını qeyd ediblər.

İki şəhidin anası Ziba Əsgərli övladlarının döyüş yolundan, onların vətənpərvərliyindən danışıb, kitabların müəllifinə təşəkkür edib.

Tədbiri yekunlaşdıran Gülsüm Adilqızı kitabların təqdimatı üçün yaxşı şərait yaradıldığına görə rayon rəhbərliyinə minnətdarlıq bildirib.

Qeyd edək ki, Aprel şəhidi Nurlan Əsgərli Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli daxil olmaqlaŞəhidlər zirvəsinin fatehləriadlı 304 səhifəlik kitabı 2016-cı ilin aprel döyüşlərində Müzəffər Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmət edərək qəhrəmancasına şəhid olmuş  zabit gizirlərimizin həyat döyüş yolundan bəhs edir. Hər iki yeni kitablarda şəhidlərin valideynlərinin, döyüş yoldaşlarının xatirələri toplanılıb.

 

Ə.ŞÜKÜROV, H.ƏLİYEV

Azad Azərbaycan.- 2021.- 20 may. S. 5.