Sədərəkli Şuşa fatehləri o günləri xatırlayır

 

 

 «O uca dağların başında yerləşən şəhəri yüzlərlə düşməndən azad etmək

xəyal kimi görünsə , biz bunu bacardıq»

 

Sədərək kəndi Muxtar Respublikada tanınmış kəndlərdən biridir. Bu kənd öz qəhrəman oğulları ilə daim fəxr edib. Kəndin qəhrəmanlıq tarixini yazan igidlər hər zaman olmuşdur.

 

Vətən Müharibəsində Sədərək rayonu dörd nəfər şəhid verib.

 

Bir çoxları isə medallarla Sədərəyə dönüblər. Onlardan biri Murad Həsənovdur. O, 25 oktyabr 1996-cı ildə Sədərək kəndində anadan olub. Sədərəkdə orta təhsil alıb, sonra isə Vətən Müharibəsinə çağrılıb.

 

 

 

Murad iki ildir ki, şərəfli peşənin sahibidir. Onun arzusu hərbçi olmaq idi. Murad qeyd edir ki, “Biz cəbhə bölgəsində böyüdüyümüz üçün uca dağların başındakı əsgərləri tez-tez görür, onlara həsəd aparırdım. Hər dəfə dərsdən gələndə onların yanına gedir, «böyüyəndə mən sizin kimi əsgər olacağam» deyirdim. Bu gün Müzəffər bir ordunun əsgəriyəm çox sevincliyəm, çünki mən Vətən Müharibəsinin iştirakçısı oldum. Oraya gedən gündən ən böyük arzum Şuşaya çatmaq, o şəhər uğrunda döyüşlərdə iştirak etmək idi. Mən xəyal belə edə bilmədiyim Şuşanın işğaldan azad edilməsində iştirak etdim. Azərbaycanın incisi olan bir şəhərə qədəm qoydum. Orada Azərbaycanımızın üçrəngli bayrağının dalğalandığını görmək bizə qürur yaşatdı. Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı iləDöyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görəVətən Müharibəsi iştirakçısımedalı ilə təltif olunmağım sevincimi daha da artırdı”.

 

Murad fəxr edir ki, torpaqlarımızı yağı düşməndən azad olunmasında onun az da olsa əməyi var.

 

Digər qəhrəman döyüşçümüz isə Əmirxan Quliyevdir. O, 18 fevral 1996-cı ildə Sədərək kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

 

 

 

Əmirxan qeyd edir ki, “Həqiqi hərbi xidmətimi bitirdikdən sonra orduda qalmaq üçün müraciət etdim müddətdən artıq hərbi xidmətçi kimi ordu sıralarında qaldım. Xidmətə başladığım, hərbi formanı geyinən gündən bir arzum olub ki, işğalda olan torpaqlarımızı azad edək. Oktyabr ayının 10-da Naxçıvandan Qarabağa yola düşən əsgərlərimizin cərgəsində məndə var idim. Hamımız sevincli idik, gülə-gülə gedirdik döyüşə. Çünki bir ovuc torpaq qızıldan belə, dəyərlidir bizim üçün. Silahdaşlarımızdan bir neçəsi şəhidlik şərbətini içdi, qazi olanlarımız da oldu. Füzuli istiqamətində döyüşlərdə iştirak etdikdən sonra Hadruta, oradan isə Daşaltı Şuşaya getdik. Oktyabrın 18-də yaralandım, hospitala getdim. Yoldaşlarımdan ayrılmaq istəmirdim. İki gün sonra təkid tələbimlə geri qayıtdım döyüşlərə davam etdim. Şuşa əməliyyatında iştirak etməyim həyatımın ən unudulmaz səhifəsi olaraq qalacaq. O uca dağların başında yerləşən şəhəri yüzlərlə düşməndən azad etmək xəyal kimi görünsə , biz bunu bacardıq. O keçilməz meşələrdə saatlarla piyada, çiynimizdə silah, üstümüzdə ağır döyüş geyimləri dayanmadan, nəfəs almadan döyüşə-döyüşə gedirdik. Bəzən barmaqlarımızla torpağı cırmaqlaya-cırmaqlaya, bəzən isə bir kolun qanadından yapışa-yapışa çıxırdıq. Aramızda elələri var idi ki, yaralansa da, dözür, hədəfə çatmağa can atırdı. Şuşaya çatanda Köhnəqala tərəfdən hücuma keçdik. Təcrübəli zabitlərimiz kəşfiyyatçılarımızın əvvəlcədən verdikləri məlumatların sayəsində istəyimizə nail olduq. Qaranlıq bir gecədə gözəl Şuşamızı düşmənin murdar nəfəsindən təmizlədik. Qürurum sevincim sonsuzdur, çünki illərdir həsrətində olduğumuz günə çatdı xalqımız. Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı iləDöyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görəVətən Müharibəsi iştirakçısımedalları ilə təltif edildim. Minnətdaram cənab Prezidentimizə ki, bizə belə gözəl günləri yaşatdı”.

 

Sədərəyin digər qəhrəman döyüşçüsü Burhan Həsənov isə 18 dekabr 2000-ci ildə Sədərək kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ordu sıralarına xidmətə çağrılıb.

 

 

 

Burhan da bir döyüşçü kimi o günləri fəxrlə xatırlayır: “Qalib, Müzəffər bir Ordunun Qələbə Paradında iştirak etmək mənə dünyanın ən böyük xöşbəxtliyini bəxş etdi. Bundan gözəl ola bilər? Bir hərbçi üçün Qələbə qazanmış bir ordunun fərdi olmaq dünyanın ən böyük sevincidir. Vətən müharibəsinin iştirakçısı olub düşmənin illərdir, bərkitdiyi mövqelərini dağıdıb, torpaqlarımızı düşməndən azad etdik. Bu cümləni tələffüz etmək belə insana qürur yaşadır. Hələ ki, orada olub, irəli, əmrini gözləyib düşməndən təmizlənən yurd-yuvamızı bir-bir görəndə yaranan sevinci sözlə ifadə etmək çox çətindir. Bayrağımızın o torpaqlarda dalğalandığını görmək, oraya ayaq basmaq hər birimizin uzun illərdir, arzusu, həsrəti idi. Artıq Vətən Müharibəsi bizim Müzəffər Ordumuzun qələbəsi ilə başa çatdı. Biz bir olduq, birləşdik düşmənə qalib gəldik. Mən bu Vətən müharibəsində iştirak etdiyim üçün fəxr edirəm. Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq əmri iləİgidliyə görə”, “Şuşanın azad olunmasına görəVətən müharibəsi iştirakçısımedalları ilə təltif edildim”.

 

Təbii ki, sədərəklilərlə yanaşı, bütün Azərbaycan xalqı da belə vətənpərvər oğulları ilə fəxr edir, onlarla qürur duyurlar.

 

Hacı Tofiq SEYİDZADƏ

 

 Azad Azərbaycan.- 2021.- 14 yanvar.- S.5.