Xalq artisti Zaur Rzayevin

70 illik yubileyi qeyd olunub

 

24 iyun 2022-ci il tarixində Qaradağ rayonu Ə.Əmirov  adına Mədəniyyət Sarayında xalq aritsti Zaur Rzayevin anadan olunmasının 70 illiyinə həsr olunmuş konsert keçirilmişdir. Konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,  YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri, Qaradağ rayon uşaq musiqi məktəblərinin direktorları və ictimayyət  nümayəndələri  iştirak ediblər.

Aktyor və bədii qiraətçi, əməkdar artist Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov konserti açıq etdi. Daha sonra Süleyman Mikayılov çıxış edərək Zaur Rzayevi yubileyi münasibəti ilə təbrik etdi və ona yaradıcılıq uğurları arzuladı.

Konsertdə xalq artistləri Aftandil İsrafilov, Vamiq Məmmədəliyev, professor Abbasqulu Nəcəfzadə çıxış edərək Zaur Rzayev haqqında xoş sözlər söylədilər, onun uzun illər Azərbaycan Hərbi orkestrnın rəhbərlərindən biri olduğunu söylədilər, xalqın sevimlisi olduğunu, birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə Azərbaycanın bütün hərbi hissələrində konsert prqoramı ilə çıxış etdiyini, gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini vurğuladılar.

   “Cavid Novruz fondu”nun prezidenti Cavanşir Məmmədovun video çıxışı nümayiş etdirildi.

   Daha sonra konsert proqramı başladı. Zaur Rzayevin ifasında unudulmaz mahnılar ifa olundu. Əməkdar artistlər Firuzə İbadova, Cavanşir Məmmədov, Gülüstan Əliyeva, Razi Şükürov, müğənni Nazim və digərləri gözəl konsert proqramı təqdim etdi.

   Sonda xatirə şəkilləri çəkdirildi.

 

Bilman

 

Azad Azərbaycan.- 2022.- 7 iyul.- S.7.