Türk Dünyasının Onur- Şerefmedalına

layiq görülən yazıçı Xuraman Muradova

 

İkinci Türk Dünyası Ədəbiyyatı Kitab festivalında, Milan Hospitalın rəhbəri, sahibkar,  xeyriyyəçi xanımı,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Xuraman Muradova  Türkiyənin Azərbaycandakı Fövqaladə Səlahiyyətli Səfiri  Cahit Bağcının təqdimatı ilə  Türk  Dünyası Onur-Şeref  madalına layiq görülüb. Çox yüksək səviyyəli bu medalı Xuraman xanıma  Cahit Bağcı özü  təqdim edib. Xuraman xanımı biz   redaksiya olaraq  ürəkdən təbrik edirik ona yeni yaradıcılıq uğurları arzu edirik.

Qeyd edək ki, 5- 11 iyun tarixinədək davam edən festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak etdilər. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan Macarıstan günü kimi adlandırıldı. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olundu. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi təşkil olundu.

Festivala qatılan türk dünyasının tanınmış qələm sahibləri, həm qardaş ölkələrin ədəbi mühiti ilə daha yaxından tanış oldular   həm özlərinin imza günlərini keçirdilər. İkinci  Türk Dünyası Ədəbiyyat Kitab Festivalının başlanğıcından etibarən yüzlərlə paytaxt sakini qonaqlar festivalı ziyarət etdilər. Gün ərzində ən azı 4-5 yazıçı şairin imza günü baş tutdu. Bu da festivala olan ictimai marağı daha da artırdı. Digər maraqlı məqamsa, festivalın hər gününün bir Türk xalqının ədəbiyyatına həsr olunması oldu.

 Milan Hospitalının rəhbəri, sahibkar, adamı, Azərbaycan Yazıçılat Birliyinin üzvü, şair, nasir  Xuraman  xanım Muradaovanın   "Onur-Şərəfmadalı  ilə təltif olunması tamaşaçılar tərətindən çox maraqla qarşılandı. Sonra  sözləri Xuraman Muradovaya  məxsus olan "Sənə məktub yazacammahnısını ifa edən tanınmış müğənni Mirələm Mirələmovun ifası da gurultulu alqışlarla qarşılandı.

Son beş ildə bədii yaradıcılıqla daha ciddi məşğul olan Xuraman xanım Muradovanın yazdığı şeirlər, poemalar, nəsr əsərləri, aforizmlər oxucuların böyük marağına  səbəb olur. Onun sözlərinə yazılan mahnılar isə tamaşaçıların sevə-sevə qulaq asdığı mahnılardır.

Əziz  oxucular! Sizə Xuraman xanım Muradovanın son vaxtlar yazdığı şeirləri təqdim edirik. İnanırıq ki, bu şeirlər sizin xoşunuza gələcək.

 

Ağalar  İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

 

UZAQLARA GETMƏ...

 

Hara aparacaq o yollar səni,

Getdiyin yerlərdə varammı heç mən?

Uzağa çəkilib itmə gözümdən,

Mənsiz o yerlərdə darıxarsan sən.

 

Darıxar  gözündə açılan səhər,

Güllərin şehi tək titrəyər əlin.

Bu dünya gözündə zindana dönər,

Sənə ağır gələr "xoş" əməllərin.

 

Qoyduğun hər izdə baxışın donar,

Qəlbini bürüyər qatı duman, çən.

Köksünü incidər intizar yeli,

Sən məni tək qoyub hara gedirsən?

 

Həsrətin əlləri sıxar qəlbini,

Dönüb baxacaqsan yoxam  o yerdə.

Darayar saçını qəm küləkləri,

Sevgin tənha quş tək uçar göylərdə.

 

 

        NECƏ ÇƏKİM BU DƏRDİ

 

(Qardaş Türkiyəmizdə zəlzələ ilə əlaqədar çox kövrəldim.)

 

Gözüm dolur baxammıram,

Türkümün qəmli gözünə.

Qəfil gələn ölümlərin,

Körpə-köpə gül üzünə.

 

Ürəyimin qəm səsini,

Ərşə çəkib gecəm Allah.

Bu dərd bitən dərd deyilmiş,

Mənə güc ver, çəkim Allah.

 

Bu yolların dönüşü var,

Bu yolların sonu yoxdu.

Açılan hər sabahların,

Geceden xəbəri yoxdu.

 

Ölüm yetişən gözlərdə,

Bir yaşamaq həvəsi var.

Acı-acı ölümlərin,

Şirin-şirin nəfəsi var.

 

Çəkilməyən ağrıların

Əzabında qul olmuşam.

İnildəyən könüllərdə

Yanıb sönən kül olmuşam.

 

DAYAN  DEPREM...

 

Dayan ey deprem, dayan,

Yetər canlar aldığın.

İsti ocağımızdan

Bizi uzaq saldığın.

 

Bu betonlar altında,

Körpə, fidan balam var.

Arzusu ürəyində,

Gözü yolda qalan var.

 

Ah... necə üşüyürəm,

Bu isti ocağımda.

Qaranlıq zülmətdəyəm,

Enkazlar qucağında.

 

Günahsız insanlara

Özün rəhm elə Allah.

Bütün türk dünyamıza

Açılsın gözəl sabah.

 

         KÜSDÜM  MƏN

 

Yaşanması mümkün olan,

Yaşanmayan İllərimdən küsdüm mən...

Qışda qönçələr gətirən

Açılmayan, ayaz  vuran

Güllərimdən küsdüm mən..

 

Vətənimin dərdli səsi,

Harayında qəm nəfəsi,

Zamanında deyiləsi,

Danışmayan,

Dillərimdən küsdüm mən...

 

Yaranmışam haqq  səsindən,

Doğru olan kəlməsindən,

Haqsızlığın pəncəsindən,

Qorunmayan,

Ellərimdən küsdüm mən...

 

Qeyrət köynəyindən çıxan,

Haqqa  doğru  əyri baxan,

Araz kimi sakit axan,

Çağlamayan,

Sellərimdən küsdüm mən...

 

Dərd sığallı həsrətimin,

Üzə gülməz məhəbbətin,

Çox kecikmkiş  bir sevgimin,

Həsrət dolu,

İllərindən küsdüm mən.

 

 O GEDƏN  GƏLMƏYƏCƏK

 

Əl atıb bu sevdanın,

Yaxasından asılma.

Xəzanlı yağışların,

Sinəsinə qısılma.

Ömür, gün keçəcək..

O gedən gəlməyəcək...

 

İtəcək oğrun-oğrun,

Ümidlərin ünvanı.

Buz bağlamış arzular,

Üzər sənli  dünyanı.

Gözlərin yol çəkəcək...

O gedən gəlməyəcək...

 

Həsrətin qucağında,

Yuxuya vermə qəmi.

Bəxtin boş əllərində,

Qatma bütün aləmi.

Bu qəm uzun çəkəcək,

O gedən gəlməyəcək....

 

Sızıldama bu eşqin,

Can verən nəfəsində.

Darıxmağı unut sən,

Hər gecənin səsində.

Sorma vaxt gələcək?

O gedən gəlməyəcək...

 

Səndən gedən vaxtını,

Nigaran könlünə yaz.

Həsrətin baxışında,

Gələcək min bahar, yaz.

Durnalar da dönəcək

O gedən gəlməyəcək...

 

Soyuq sətirlərimin,

Kiprikləri yaşlanır.

Darıxmağın yeri yox,

Gecə yaman uzanır...

Gəl bu həsrətdən əl çək.

O gedən gəlməyəcək.

 

Hər qapın döyüləndə,

Sanma qayıdıb gəlib.

Daha yollara baxma,

Elə küsüb gedibdi,

O geri dönməyəcək..

O gedən gəlməyəcək.

 

Payız rəngli ayrılıq,

Dayanıb yollar üstə.

Daha onu səsləmə,

Daha onu az istə.

Pəncərədən gözün çək,

O gedən gəlməyəcək.

O gedən gəlməyəcək.

 

 NASIL ÇEKEYİM  BU DERDİ

 

Puslu gözlerle bakamam,

Türk’ümün gamlı gözüne.

Gafil gelen ölümlerin,

Körpe- körpe gül yüzüne.

 

Yüreğimin gam sesini,

Arşa çeker gecem Allah.

Çekilecek bir dert değil,

Ben çekeyim, nice Allah?

 

Sonu olmayan  bu yolun.

Dönüşü var, döngesi var,

O geceden haber versin.

Açılsın nurlu sabahlar.

 

Ölüm yansıyan gözlerde,

Bir de hayat hevesi var.

Acı ölümler içinde

Şirin ümit nefesi var.

 

Çekilmez derdin, ağrının,

Azabına kul olmuşum.

Ben yaralı gönüllerle

Yanıp, yanıp kül olmuşum.

 

                            DEPREM

 

     2023-cü il fevralın 6 da Qardaş Türkiyəmizin bir çox şəhərlərində

7.4 bal  gücündə zəlzələ baş verdi. Binalar dağıdıldı, 30 minə yaxın

 insanlar məhv oldu.  Bu, 100 ilin içində ən böyük zəlzələ idi.

 

Dur ey sarsılan zemin!

Yetər canlar aldığın.

Sıcak ocağımızı

Bize haram kıldığın!

 

Ya rab beton altında,

Körpe, fidan balan var!

Arzusu yüreğinde,

Gözü yolda kalan var.

 

Ah... nasıl üşüyorum,

Sıcacık ocağımda.

Sanki bir zulmetteyim,

Enkazlar kucağında.

 

Bu masum insanlara

Merhamet eyle Allah.

Ulu Türk dünyasına,

Güneşler doğsun sabah

 

         TÜRKİYƏM

 

Torpağın yarıldı, qəlbin yarıldı,

Göylər göz yaşın tökdü o gecə.

Bağrın qan ağladı, canım Türkiyəm,

Dünyan da üstünə çökdü o gecə...

 

Bəlkə də özünü günahkar bilir,

İnləyən küləyin, torpağın, daşın.

qədər ömürlər bitdi o gecə,

qədər qocaldı, qacaldı yaşın...

 

Qucaqlaşdı qəmlə, sevincin bir an,

Dağlara çırpıldı arzu-diləklər.

Yumdu gözlərini göy , səma da,

Gizlicə saçını yoldu küləklər.

 

Sevdamsan, səbrsən, çünki ərənsən,

Dərdinə şərikəm, müdam Türkiyəm.

Sənə can demişəm canım demişəm,

Özümə, dünyama yadam, Türkiyəm.

 

Bakı  şəhəri,

iyun -2023-cü il

 

XURAMAN  MURADOVA

 

Azad Azərbaycan.- 2023.- 6 iyul.- S.6.