Xuraman Muradova “HUMAY
MİLLİ MÜKAFATÇISI” oldu
Milan
Hospitalın sahibkarı, iş adamı, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Vektor Elmlər
Akademiyasının Fəxri Professoru, Türkiyə Onur
Medalına layiq görülən, Ankara Türk Dünyası
Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Fəxri
professoru, Akademiyanın Beynəlxalq Qızıl Ulduz Medalı
Mükafatçısı Xuraman xanım Muradova bu il “HUMAY
MİLLİ MÜKAFATINA” layiq görüldü. Xuraman Muradova
bu böyük mükafata Azərbaycan Yazıçılar
Birliyinin təqdimatı ilə layiq görülüb. Onu da
vurğulayaq ki, bu mükafat hər il yalnız bir
yazıçıya verilir. Bu il həmin mükafatın sahibi
məhz çox maraqlı şair-nasir, yazdığı
şeirlərə peşəkar mahnılar yazılan,
şeirləri qardaş Türkiyədə də çox
maraqla qarşılanan Xuraman Muradova layiq görülüb.
Biz də
bu böyük mükafat münasibətilə maraqlı
şair-nasir Xuraman Muradovanı təbrik edib, ona yeni-yeni
yaradıcılıq uğurları arzu edirik.
Xuraman
Muradovanın son vaxtlar yazdığı bir neçə
şeirini çoxminli oxucularımıza təqdim edirik.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azərbaycan
Şərəfimin,
qeyrətimin,
Neçə
min illik tarixin,
Qəhrəmanlıq
adısan.
Mübarizlik
yollarımın,
Sən
sönməyən odusan!
Boy
atıbdı hər daşında,
Ərənliyin,
müdrikliyin
Tarix
adlı yaddaşında
Bir
dünyadı igidliyin,
Azərbaycan!
Ulusumun,
türkümün,
Ərşə
qalxan ünüsən.
Vətən-Vətən
böyüyən,
Dünəni,
bu günüsən.
Bilinməyən
sədlərinin,
Yollarından
çox keçilib,
Parçalanmış
ürəyinin,
Şərbətindən
çox içilib.
Azərbaycan!
Sınmamısan,
bacarmısan
ayaq
üstə dayanmağı,
İnamından
güc alaraq,
Xalqın
üçün haqq yolunda,
Bacarmısan
tək yanmağı.
Ədalətin,
həqiqətin,
Asılmısan
haqq üzündən,
Azadlıq
adlı nəfəsin,
Duyulubdu hər
sözündən.
Azərbaycan!
Ey
şanlı, ulu vətənim,
Bu
dünya durduqca mənim,
Tarixləşən,
müdrikləşən,
Qəhrəman,
igid, ərənim.
Səni
elə sevirəm ki,
Gözüm
kimi, sözüm kimi,
Ürəyimdə
Vətən adlı,
Sönməyən
bir közüm kimi.
Səni
elə sevirəm ki,
Özüm
kimi...
Özüm
kimi, Azərbaycan!
Gözün
aydın, ay Vətən
44
günlük müharibə,
Sənə
zəfər gətirdi.
Qol
açdığın oğullar,
Özün
sənə yetirdi.
Gözün
aydın, ay Vətən!
30 illik həsrəti,
Gözlərindən
sildilər.
Məğlub
adlı ləkəni,
Səndən
təmizlədilər.
Gözün
aydın, ay Vətən!
Cəsarətin,
qüdrətin,
Dilə gəlmişdi
bir an.
Bu hünərin
önündə,
Sanki
donmuşdu zaman.
Gözün
aydın, ay Vətən!
Düşmənə
göstərmisən,
O dəmir
yumruğunu.
Sən
türk oğlu, türk kimi,
Göstərdin
kim olduğun.
Gözün
aydın, ay Vətən!
Vətən
Səni
sevən ürəyim,
Hər an
sənlə döyünür.
Sən mənim
eşq məbədim,
Mənim
könül dünyamsan,
Sən bu
Vətən dünyamda,
Sən mənim
öz anamsan.
Vətən!
Başı
bəlalar çəkən,
Qanlı
bir keçmişin var.
Neçə
yerə bölünüb,
Parçalandın
min dəfə.
Amma,
heç sarsılmadın,
Haqq-ədalət
yolunda.
Yazıldı
zəfər adın.
Vətən!
Azadlığın
eşqiylə,
Yanan odlu
ürəyin.
Mətinləşdi,
bərkidi,
Mübarizə
yolundan,
Çəkinmədin
heç zaman.
Tarix-tarix
yaşadın,
Zirvə-zirvə
ucaldın.
Vətən!
Sorağısan
səsimin,
Ərşə
qalxan ünündə.
Çiçək-çiçək
dil açdın,
Həqiqətin
önündə.
Qərinələr
içində,
Neçə
min il tarixin,
Silinməyən
yaddaşın.
Özün
boyda dərd daşın,
Vətən!
Dünən
igid yaraqlım,
Bu gün
zəfər soraqlım,
Dirilən
ümidlərim,
Açılan
kilidlərim,
Sənin
zəfər adındı!
Azadlıq
adlı səsim,
Şirin
ana nəfəsim,
Vətən,
Vətən, ay vətən!!
Azərbaycan-Türkiyə
Əzəldən
bir doğulub,
Birgə
boy atmısınız,
Adı,
ruhu, qanı, bir,
Kökü,
soyu, canı bir,
Siz
doğma qardaşınız,
İşıqlı
gələcəyə,
Azərbaycan-Türkiyə!
Tarix boyu
bir olub,
Yolunuz, məqsədiniz.
Dünyaya
car çəkibdi,
Türk
adlı haqq səsiniz,
Sizin bu
varlığınız,
Bölünməzdir
ikiyə,
Azərbaycan-Türkiyə!
Baş əyməz
türk övladı,
Düşməninə,
yadına.
Sadiq olub
hər zaman,
Özünün
türk adına.
Layiqdir ərənliyə,
Layiqdir hər
sevgiyə,
Azərbaycan-Türkiyə!
Daşınızda
doğmalıq,
Sözünüzdə
qürur var.
Yenilməz
vüqarınız,
Düşmənin
bağrın yarar.
Siz ey
doğma şahinlər,
Turana gedən
yolun,
Göyərən
ümidləri,
Sülhün
göyərçinləri!
Nə
mutlum Türküm deyə,
Azərbaycan-Türkiyə!
Şəhidlər
xiyabanı
Şəhidlər
xiyabanı...
Hər
yer sükut içində...
Sanki burda
məzarlar
hamısı
bir ölçüdə,
hamısı
bir biçimdə.
Uzaqdan bir
səs gəlir...
Bir ana
layla deyir,
Ürək
yandıran ahla.
Salamlayır
gecəni,
Açılmayan
sabahla...
Gah
coşğun, gah da həzin,
gah da
harayla deyir.
Bir ana
xiyabanda
oğluna
layla deyir…
Oğlunun
baş daşını
öpərək
qucaqlayır.
Ana elə
göynəyir,
ana elə
ağlayır....
Deyir
“hardasan oğul,
niyə
geri dönmədin?
Sənsiz
sönüb ocağım,
Boş
qalıbdı qucağım.
Məzarına
gəlmişəm
deyiləsi
sözüm çox,
Bura son
ümid yerim,
Gediləsi
yerim yox”...
Ana boynunu
büküb
için-için
sızlayır.
Oğlunun
baş daşını
həsrətlə
qucaqlayır.
Birdən
ah cəkib susur,
Şəhid
oğul önündə
sanki səcdəyə
durur...
Ahı
göyü yandırır,
ahı yeri
yandırır...
Oğulun
səsi gəlir…
Ana bir an
dincəlir,
ilmə-ilmə
sökülür,
ilmə-ilmə
incəlir...
“Ağlama,
can ay ana,
Şəhid
anasısan sən!
Bu
torpağın, bu yurdun
enməz
Qalasısan sən!”
Oğlun
şəhiddir ana,
şəhidlər
ölməz axı!
Onların
cənnətidir
yaradanın
dərgahı.
Bir
başını qaldır sən,
Vətən
göylərinə bax.
Şəhidin
gülümsəyir,
ordan sənə
baxaraq.
Sevinclə
o göylərdən
səni
müjdələyəcək.
Son nəfəsində
səni
cənnətə
götürəcək...
Şəhidlər
xiyabanı...
hər
yer sükut içində.
Sanki burda
məzarlar
hamısı
bir ölçüdə,
hamısı
bir biçimdə…
Uzaqdan bir
səs gəlir,
Bir ana
layla deyir,
gah
coşğun, gah da həzin,
Gah da
harayla deyir.
Xocalı
harayım
O gecə
Xocalı qana boyandı,
O gecə
vətənin ürəyi yandı,
O gecə
haqq da özü haqqını dandı,
İçimi
qanla yedim,
Laylay
Xocalım dedim,
Laylay
Xocalım laylay...
Qanlı
Xocalım laylay...
Körpə
süngülərin körpə harayı,
Oxladı
sinəmi neçə min sayı,
Can verdi
bir anda illərim, ayım,
Mən də
bir qurban idim,
Laylay
Xocalım dedim,
Laylay
Xocalım laylay...
Qanlı
Xocalım laylay...
Qan
içdi torpağım, qana boyandı,
O gecə
Xocalı alışdı, yandı,
O gecə
elə bil həyat dayandı,
Bilmədim
yerdəmi, ya göydə idim
Laylay
Xocalım dedim,
Laylay
Xocalım laylay...
Qanlı
Xocalım laylay...
İnlədi
yaralı bir aslan kimi,
Zaman
ömrümüzün qəddar hakimi,
Gözünü
sığadı əcəl qan kimi,
Mən dərdə
boyanıb,
mən kədər
dindim,
Laylay
Xocalım dedim,
Laylay
Xocalım laylay...
Qanlı
Xocalım laylay...
Laylay
Xocalım laylay,
Başı
bəlalım laylay,
Dünyan
qana boyandı,
Qaldı
nə halım, laylay...
Qanlı
Xocalım laylay..
LAÇIN
Aramızda
otuz ilin nisgili,
Aramızda
illər qaldı, ay Laçın.
Bu namərdlər,
bu xainlər, xəbislər,
Bizi səndən
ayrı saldı, ay Laçın.
Can
Laçın...
Bir
dünyalıq həsrət oldun gözümdə,
Bitdin
dodağımda, bitdin sözümdə,
Zülmətə
çevrildi hər gündüzüm də,
Həsrət
saçlarımı yoldu, ay Laçın.
Can
Laçın...
Şəhid
harayından göyərən daşın,
Dərddən
nalə çəkib ağaran başın,
Hər
daşında, hər qayanda göz yaşın,
Ürəyimdə
qara xaldı, ay Laçın.
Can
Laçın...
Baba yurdum
səndə qalıb, qocalıb,
Sanki
dünya ömürümdən öc alıb,
Daha qəm-kədərim
arxada qalıb,
Gözlərim
sevincdən boldu, ay Laçın.
Can
Laçın...
Qurbanlar kəsdim
ki, arzuma yetəm,
Çiçək
olub Laçın qayanda bitəm,
Gül
qoxulu yamaclarında ötəm,
Xoş bu
günün, xoş bu halın, ay Laçın.
Can
Laçın...
Duydun
azadlığın xoş nəfəsini,
Eşitdin
zəfərin şən nəğməsini,
Xuraman səsinə
qatıb səsini,
Sevincindən
qanad çaldı, ay Laçın.
Can
Laçın…
Vətən
adlı şəhidlər
“Şəhidlər
ölməzdilər,
Şəhidi
ağlamazlar”.
Bu
sözün arxasında
Milyon qəhrəmanımın,
Tükənməyən
taqəti,
Bitməz
cəsarəti var.
Şəhidin
ölməzliyi,
İgidin
dönməzliyi,
Mərmi-mərmi
ucalan,
Oğul
mübarizliyi,
Bir də
Vətən sevgisi,
Onun
sönməzliyi var.
Vətən
ağrılarından,
Vətən
sancılarından,
Doğulan
oğulların,
Şəhidlik
zirvəsində,
Qeyrəti
var, adı var..
O ad ki, əbədidir,
O ad ki,
müqəddəsdir.
O ad Vətənlə
birgə,
Çəkilən
qoşa səsdir.
Vətən
adlı oğullar,
Vətən
adlı şəhidlər,
Vətən
adlı zirvənin,
Yenilən
nəfəsidir.
Ata
Çoxdan
gözləyirdim yolunu ata,
Arzum,
muradımsan, bilirsən bunu.
İstəmərəm
saçlarına dən düşə,
Sənsiz
həyatımın yoxdu bir sonu.
Mənə
ürək verən, ürəyim ata.
Süfrəmdə
bərəkət, çörəyim ata.
Mənim
hər dəqiqəm, hər bir anımsan,
Damarda
çağlayan, axan qanımsan,
Arzular məskəni
olan canımsan,
Həyatımın
özü, adısan ata,
Ömrümün
mənası, dadısan ata.
Ürəkdən
yazıram tükənmir sözüm,
Sənsiz
işıq görsə kor olar gözüm,
Saçına
gül-çiçək çələngi düzüm,
Bənövşə
ətirli mehriban ata.
Hər
sözümə “haycan” deyən can ata,
Səni
candan sevən bir övlad kimi,
Sənə
həmdəm olan, şirin ad kimi,
Şəninə
boy verən bir soyad kimi,
Dərdimə
qalanım, hayanım ata,
Fəxrim-vüqarımsan,
ad-sanım ata.
Səcdənə
gəlmişəm Şuşam
Həsrətdən
üşüyən arzularımı,
Götürüb
səcdənə gəlmişəm, Şuşam.
Neçə
baharımı, neçə yazımı,
Sənsiz
həyatımdan silmişəm, Şuşam.
Mərmi
gülüşlərin göz dağım olub,
Hər
damla göz yaşın bulağım olub,
Sənsiz
kaş bilsəydin nə çağım olub,
Dərdinlə
can verib ölmüşəm, Şuşam.
Anam tək
sinəmə bağladım səni,
Hər
gecə, hər gündüz qoxladım səni,
Otuz il
ürəkdən ağladım səni,
Otuz il
ürəksiz gülmüşəm, Şuşam.
Qarlı
dağlarına çökən duman-çən,
Mənim
ürəyimə çökmüşdü nədən,
Ruhumu
özüylə aparıb gedən,
Dünyanı
öz dünyam bilmişəm, Şuşam.
Olub
keçənləri unudaq daha,
Bağışla,
deyəsən batdım günaha,
Bilsəydin
açılan bu xoş sabaha,
Nə qədər
qurbanlar kəsmişəm, Şuşam.
Xoşdur
azadlığın, xoşdur bu sədan,
Səni
gözlərimdə yaşatdım hər an,
Səcdənə
durubdur qızın Xuraman,
Səni
candan artıq sevmişəm, Şuşam.
Xuraman
Muradova
Azad
Azərbaycan.- 2023.- 2 noyabr, ¹36.- S.8.