Həqiqətə ədalətə çağıran əsər

 

(Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlununİnan mənədramı üstündə gəzişmələr)

 

Elçin Poladlı jurnalistdir. Həyat yoldaşı Aysel oğlu Eminlə Ayselin xalası Yasəməngildə yaşayır. Az maaşla güc-bəla dolanır. “Narkomafiyaməqaləsi respublikada böyük rezonans doğurur. Məqalədə kəskin tənqidə məruz qalanlardan biri stomotoloji poliklinikanın həkimi Arif Axundovdurməşhur professor Əmirovun bacısı oğlu. Elçinin oğlu Emin həmin Əmirovun xəstəxanasında müalicə alır. Əməliyyatı üçün üç-dörd min dollar lazımdır. Bu məbləğ Elçingildə yoxdur. Bu fürsəti əldən buraxmayan Əmirov Elçingilin qabağına belə bir şərt qoyur: ElçinNarkomanfiyaməqaləsindən imtina etsin, mən oğlunu rüşvətsiz cərrahiyyə edim.

...Günəşli rayonundan XI sinif şagirdi Vüqar oxuduğu məktəbin şagirdləri adından Elçini öz müəllimləri Aydın Zamanlıya köməyə - yardıma çağırır. Aydın Zamanlı o müəllimdir ki, on beş il əvvəl elə Elçinin sinif rəhbəri olub. Vüqar Elçindən xahiş edir ki, Mirişli soyadlı jurnalistin Aydın Zamanlı barədə sizin redaksiyaya göndərdiyi məqalə həqiqəti əks etdirmir, yalan-böhtandır. Elçin səhih, dəqiq məlumat almaq üçün Vüqarla rayonlarına-məktəblərinə yola düşür. Çox çalışır ki, Aydın Zamanlıya kömək etsin. Bacarmır. Məktəb rəhbərliyi müstəntiq Aydın Zamanlının işini elə dolaşdırıblar ki, bu işdən heç fələk oğlu fələk baş açmaz məhkəmənin hökmü ilə Aydın Zamanlı yeddi il azadlıqdan məhrum edilir.

Abzaslara çıxardığım qısadan da qısa bu iki xülasə tanınmış yazıçı-dramaturq. Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlununİnan mənəikihissəli psixoloji dramındandır. Dramda yalnız həyati hadisələr yox, eyni zamanda, yazıçının şəxsi həyatında baş verən bəzi məqamlar da öz əksini tapır.

İnan mənəəsərinin dramatik yükü çəkisi jurnalist Elçinin çiyinlərindədir. Bütün dram boyu oxucu (tamaşaçı) onu gərginlik təzyiqlərdə, mənəvi çarpışma savaşlar meydanında görür, özü tək görür, tənha görür, bir arxadaşı yox, bir havadarı yox! Kimlər çarpışır, kimlər vuruşur Elçinlə? Birinci növbədə, həyat yoldaşı Aysel, Ayselin xalası Yasəmən. Elçin qınaq obyekti, tənqid hədəfidir bu iki qadına. Bu iki qadın var gücülə çalışırlar ki, Elçini- o aydan arı, o sudan durunu yandırsınlar rüşvət oduna. Bu iki qadın məcbur edirlər Elçini o da rüşvət alsın, o da kiminsə (kimlərinsə) cibinə girsin, atını jurnalist həmkarları kimi, pulçuluğa çapsın, rüşvətə yerikləsin, rüşvətə körüklənsin. Bu iki qadın Elçini inandırmaq istəyirlərnəinki bizim ölkədə, hətta dünyada da pulsuz, tanışsız bir görmək çox çətindir: “...insanların mənəviyyatı itib. Puç olub. İndi pulsuz, hədiyyəsiz, tanışsız görmək çətindir. Hətta müşkül məsələdir. Bu ölkədə gərək ölünün , dirinin yiyəsi olsun... İstəyirsən nözənbillah Allah ol, əgər arxan, pulun yoxdursa, deməli, heç kimə lazım deyilsən. Atalar da deyib ki, “pulun varsa, cümlə-cahan qulundur, pulun yoxsa, dar küçələr yolundur”...bu ölkənin dünyada analoqu olmayan öz qanunları var. Məgər bilmirsən? Hamı necə, biz elə”. (I hissə, IV epizod, səh.104, 105) Elçinin demək istəyirsən? Gedim mən başqaları kimi oğurluq eləyim, rüşvət alım?” sualına Yasəmənin cavabı açıq-aydın onu göstərir ki, bu qadın rüşvət ölüsü, rüşvət dəlisidir rüşvət hopub bu qadının canına-qanına, hopub rüşvət bu qadının olmayan vicdanına: “Əgər rüşvət verirlərsə, almaq lazımdır. İndi hamı rüşvət alır. Rüşvət almayana bizim məmləkətdə gic, psixi xəstə kimi baxırlar... Rüşvət həmişə olub, olacaq. Əvvəllər gizli verilirdi, indi açıq-aşkar. Bu gün rüşvətsiz yaşamaq mümkün deyil. Sən al. Jurnalistlər var ki, qapıdan qovurlar, pəncərələrdən soxulur içəri. Pullu adamlara, məmurlara elə qara yaxırlar ki! Onların pişiklərini ağaca dırmaşdırırlar, pul almasalar, əl çəkmirlər” (I hissə, IV epizod, səh.106-107-108). Oxucunu (tamaşaçını) burda ağlamaq tutur. Əqidə- məsləkdən şikəst birisi əqidə- məslək mücəssəməsi olan, doğruluq-dürüstlükdə ad çıxaran bir jurnalistə, bir qələm sahibinəəxlaq dərsi, həyat dərsi verir, ona yaşamağın, varidatlanmağın yollarını göstərir: “Bax, gör sənin jurnalist dostların bütün günü prezidenti, onun qohum-əqrəbasını, yaxınlarını necə tərifləyir, onlar haqqında poemalar, kitablar, kinossenarilər yazırlar. Məddahlıq qalxıb kəlləçarxa. Başqa cürə mümkün deyil. Qara qarğaların içində ala qarğa olmaq mümkün deyil”. (I hissə, IV epizod, səh. 110)

Dram boyu epizodlar bir-birini əvəz etdikcə, hadisələr biri digərinə adladıqca həm Elçin, həm Yasəmən, həm digər obrazların xarakterləri, dünyabaxışları, dünyaları oxucu (tamaşaçı) önündə lay-lay açılır, səhifə-səhifə varaqlanır. Varaqlanır Yasəmənin elmi işinin müdafiəsinə Əmirovunxeyirxahmüdaxiləsi. Varaqlanır Yasəmənin professor Əmirovun arvadı ilə çirkli oyunbazlığı. Varaqlanır araçılıqda-vasitəçilikdə Yasəmənin mahirliyi. Varaqlanır Yasəmənin sonsuzca məhəbbəti əyrilərə-nadürüstlərə, Varaqlanır Yasəmənin qırılmayan sədaqəti həya-abır yoxluğundan padoşlaşan üzlərə. Varaqlanır Yasəmənin həmrəyliyi rüşvət saçan nəfəslərə. Varaqlanır lap ucadan Yasəmənin maddiyyatdanvaridatdan yoğunlaşmış səslərə vagirliyi. Varaqlanır, ən nəhayət, Yasəmənin Elçinə qəzəbləri - nifrətləri, söyüşləri-hiddətləri Elçini öz evindən qovlaması. “Bəsdi! Məndən daha heç bir kömək ummayın. Mən bu biabırçılıqdan sonra (ElçininNarkomafiyaməqaləsindən imtina etməməsi bunu Əmirova qətiyyətlə bildirməsi nəzərdə tutulur - M.X) daha professor Əmirovla, onun arvadı ilə üz-üzə gələ bilmərəm. Siz məni biabır elədiz. Ona görə günü sabahdan şələ-şülənizi yığışdırın, özünüzə başqa ev tapın! Günü sabahdan hara istəyirsinizsə, köçün! Gözüm sizi burda görməsin!” (II hissə, səh. 147).

Topa güllə qoyan, ElçinAysel münasibətlərini altdan-altdan çox incəliklə gərginləşdirən Yasəmən qəzəbli-nifrətlidir Elçinə ona görə ki, Elçin onun istək-arzularına çiyin verməyib, onun gələcəkdə qurmaq istədiyi karyerasını alt-üst edib. Yasəmən ikibaşlı, ikidilli, çirkinəməlli bir qadındır. Faydaçıdır. Maddiyyatçıdır. Varidatçıdır. Xeyixahdan çox bədxahdır.

Dramın Elçin- Yasəmən xətti Elçinin qələbəsi, Yasəmənin məğlubiyyətilə sonuclanır, yəni bu xətdə Aydınlıq basılmır Qaranlığa, Doğruluq diz çökmür Oğurluğa. Elçin dönük çıxmır əqidəsinə. Ləkə salmır vicdanının güzgüsünə.

Elçin Poladlının iradəsini qırmağa çalışan, onu dizə çökdürmək üçün dəridən-qabıqdan çıxan digər bir cəbhə professor Əmirovun cəbhəsidir. Vicdan partiyasının üzvləridir ki, başında professor Əmirov dayanır. Böyükdür bu cəbhənin çevrəsi. Rüşvətlə, riyakarlıqla, yalan saxtakarlıqla, hədə-qorxuyla, qohumbazlıq yerlibazlıqla çəpərlənib bir cəbhənin dairəsi. Bu cəbhə aramsız-aramsız fəaliyyətdədir ki, Elçin PoladlıdanNarkomafiyaməqaləsindən imtina ərizəsi alsın Elçini öz cəbhəsinə, professor Əmirovun partiyasına transfer etsin, Elçin onlar kimi palaza bürünsün, elnən sürünsün, başıaşağı, gözüqıpıq olsun, jurnalist yox, olsun bir zurnalist. Bu çirkin alçaq niyyətlərini gerçəkləşdirmək üçün Əmirov bütün mümkün imkanlarından istifadə edir: “Əgər sən o məqalədən imtina eləsən, gərək bu haqda sabah əməliyyatdan (Elçin Poladlının oğlunun əməliyyatı nəzərdə tutulur – M.X) əvvəl bir yazı gətirəsən mənim yerimə. Biz onu verək respublika televiziyasına. Elə sabah da televiziyada xəbərlər proqramında desinlər... Sonra da həmin yazının surətlərini çıxarıb, verərik qəzetlərə, saytlara. Bütün kütləvi informasiya vasitələrinə. İstəyirəmVicdanpartiyasının qəzetini təsis eləyəm. Səni (yəni Elçin Poladlı – M.X) o qəzetə baş redaktor qoyam” (II hissə, səh. 144). Elçin PoladlıCərrahiyyə əməliyyatı üçün mən sizə qədər lazımsa, pul verərəm. Lakin o yazımdan imtina eləməyəcəyəm” (II hissə, səh.144) deyəndə telefonun o başında professor Əmirov odlanır, kükrəyir, yeri-göyü dağıdır, humanizm insanlıq normalarına tüpürür, faşist-nasistsayağı bağıra-bağıra, çığıra-çığıra demokratiya ədalətə, insan insanlığa nifrət-qəzəb dolu son akkordlarını səsləndirir: “...Bu gün oğlunu xəstəxanadan aparmasan, sabah buradan onun meyidini götürəcəksən. Eşidirsən məni, şenok? Cındır köpək uşaqları! Sizin kökünüzü kəsməsəm, mən heç atamın oğlu deyiləm. Özlərini demokrat adlandıran it balaları. Sizin demokratiyanıza”... (II hissə, səh.147) Bu kiçik bəyanat professorun daxili aynası, mənəviyyatının güzgüsüdür. O, professor olsa da, bir insan kimi natamamdır, yarımçıqdır, ruhu, vicdanı yarıq-yarıqdır. Əmirovun çöl-bayırı kaşı-çinidir, içərisi toyuq hinidir. Əmirov ağxalatlı, ağlibaslıdır, fəqət rüşvət ehtiraslıdır. Əmirov qarafikirlilərin dostu - həbibidir, təmiz əməlçilərin düşmənirəqibidir. Əmirov çətiri altına sığınanların dəstəkçisidir. Əmirov üzünə olanların kötəkçisidir. Əmirov doğruların-dürüstlərin, təmizlərin-pakların qənimidir. Əmirov əyrilərlə-oğrularla, natəmiz nakəslərlə həddən artıq səmimidir. İntiqamçı-qisasçıdır Əmirov həmrəyliyə-dilbirliyə. İnkişafa, yüksəlişə Əmirov buxovdur, buxov... bu buxov həlqə-həlqə qırılıb tökülməlidir yerə xalqın ayağından, xalqın əlindən. Qırılıb yerə tökülməlidir bu buxov xalqın ağzından, xalqın dilindən. Mütləq bu günlərdə qırılmalıdır Əmirovdan Əmirovkimilərdən miras qalmış buxovlar. Qırılmasa sabah ya birisi gün yumruq boyda bir ölkəni başdan-başa öz xeyrinə qandallayar bu buxovlar. Bunlar dramaturq Ağalar İdrisoğlunun eyni zamanda, dramaturqun sevə-sevə yaratdığı jurnalist Elçin Poladlının ürəklərindən qopan haylar-haraylardır.

Elçin- Aysel, Elçin-Yasəmən, Elçin- Əmirov, Elçin-Vüqar xətlərindən məlum olur ki, Elçin öyrəncəli deyil riyakarlığa, ikiüzlülüyə. Öyrəncəli deyil Elçin əliəyriliyə-nadüzlüyə. Vərdişkar deyil Elçin varidata, pulçuluğa. Vərdişkar deyil Elçin dilənçiliyə-yolçuluğa. Haqqın-ədalətin Məcnunudur Elçin. İnsaf-mürüvvətin cünunudur Elçin. Yoxdur Elçinin ömür kitabında hiyləgərlik, nədə məngirlik. Var yalnız meydangərlik.

Qara niyyət keyfiyyətlərin qənimi olduğundan qaraürəklilər, var-dövlətə ləhliyənlər sevmirlər Elçin Poladlını – o təmiz ürəklini, o qartal qanadlını. Mafioz qruplar, qaranlıqlarda dolaşan yarasalar böhtanlayırlar onu. Hara çatdı, kimə çatdı yamanlayırlar onu: “O yazıya görə (Narkomafiyaməqaləsi nəzərdə tutulur – M.X) hələ başım ağrıyır. Məni rahat qoymurlar. Başqa qəzetlər haqqımda şər-böhtan yazırlar. Mənə min cürə qara yaxırlar. Adımı hansısa mafiya qrupları ilə hallandırırlar. Guya bu yazıları kimlərinsə sifarişilə yazmışam. İş yerimdə mənim taleyim bir tükdən asılıdır” (I hissə, V epizod, səh.118)

Elçin Poladlı ağrı-acılara ortaqdır. Hüququ pozulmuşlara, haqqına qəsd edilmişlərə arxa-dayaqdır. Dara-çətinə düşmüşlərə, necə deyərlər, dada yetən Xızırdır. Harda bir Qordi düyünü varsa, Elçin təcrübəli-səriştəli bir jurnalist kimi orda hazırdır. Elçin-Vüqar dialoqunda Elçin biləndə ki, vaxtilə ona dərs deyən müəllimi- Aydın Zamanlını şərləyib haqqında cinayət işi açıblar, o dərhal təcrübəli hakim yoldaşı Əli Rüstəmliylə ora -Aydın Zamanlının dərs dediyi məktəbə yollanır. Əlindən gələn hüquqi yardımları göstərsələr , çabaları uğursuzluqla nəticələnir. ÇünkiOnlar (hüquq işçiləri, müstəntiqlər – M.X) hər şeyi məntiqlə qurmuşdular. Aydın müəllimi o vəziyyətə gətiriblər ki, həqiqətən, bir neçə bağışlanmaz səhvə yol verib... Düzdür, cinayət tərkibli olmasa da, cinayət donu geyindiriblər. Apelyasiya məhkəməsinə şikayət eləyəcəyik. Amma ağlım kəsmir ona köməklik eləyə bilək... Çünki bizdə hər şey pulla həll olunan yerdə heç bir qanun işləmir. Əli Rüstəmli (o, təcrübəli səriştəli hüquqşünasdır- M. X) deyir ki, biz hakimlər bu gün yalnız buyruq quluyuq. deyirlər onu da eləyirik. Etiraz eləyəndə şərləyir işdən çıxarırlar” (II hissə, səh. 130, 131). Elçin Poladlının dedikləri reallıqdır, həqiqətdir, faktlara əsaslanır.

Elçin Poladlı məhkəmə sistemində hökm sürən qanunsuzluqları, rüşvətxorluğu, hərc-mərcliyi, xaos dərəbəyliyi çılpaqcasına bəyan etməklə demək istəyir ki, bizim müstəntiq hakimlərimiz rüşvət, qanunsuzluq, hərc-mərclik, qarayaxma, şərləməqutu”larından biryolluq çıxmalıdır, doğruluq dürüstlüyün, təmizlik paklığın, haqqın ədalətin büllur bulaqlarından su içməlidir, qanun qanunçuluqdan möhkəm sağlam əllərilə yapışmalıdır sübut etməlidirlər ki, bizdə qanun şahdır, şah qanun deyil. dramın haqqa-ədalətə söykənən obrazları (Elçin, Vüqar) çox gözəl anlayırlar ki, o ölkədə ki qanun şah deyil, demək, o ölkədə təmiz adamlar ləkələnərək, həbsə atılacaq, günakar azadlıqda qalacaq, günahsız cəzalanacaq. Dramın gənc qəhrəmanı Vüqar- gələcəyin Elçin Poladlısı məktəblərində Aydın Zamanlının məhkəməsində, üzünü hakimlərə tutaraq, görün, nələr deyir: “Yəqin ki, bu gün hakim ədalətli hökm çıxarıb, bizim inamımızı geri qaytaracaq. Hakim sübut eləyəcək ki, bizdə çoxları çirkaba batsa da, hakimlər təmiz, vicdanlı, ədalətlidirlər. Sübut eləyəcək ki, bizdə qanun şahdır, şah qanun deyil Sübut eləyəcək ki, bu məmləkətdə haqq-ədalət var. Sübut eləyəcək ki, təmiz adamları ləkələmək olmaz. Qanun heç vaxt yol verməz ki, təmiz adamlar həbs olunsun. Axı biz demokratik ölkədə yaşayırıq. Ölkə başçımız da (ümummilli lidey Heydər Əliyev nəzərdə tutulur – M.X) deyir ki, ölkə iki səbəbdən sarsıla bilər. Günahkar azadlıqda qalanda günahsız cəzalananda” (I hissə, V epizod, səh.129)

İnan mənəəsərinin bütün bədii ruhu, ideya-məzmunu oxuculara (tamaşaçılara) təkrar-təkrar xatırıladır ki, qanunları ayaq altına atılan hər hansı bir ölkədə insan haqlarının pozulması, haqlının həbsə, haqsızın azadlığa göndərilməsi adi bir haldır.

İnan mənədramında baş qəhrəman Elçin Poladlı uğrayır mənəvi məğlubiyyətə, uğrayır mənəvi iflasa. Kimsə o haqq yolçusunu, o ədalət sevdalısını can atmayır xilasa.

Paralanıryaralanır, mənəvi gücünü gün-gün itirir Elçin Poladlı müstəqil fikrə fikirciliyə yağı-düşmən kəsilən qaragüruhlar çevrəsində.

Kiçilir-balacalaşır Elçin Poladlı gözüdoymaz rüşvətxorlar, müftəxorlar dövrəsində.

Basılır Elçin Poladlı çölü mələk, içi kələk fitnə-fəsad kişilərə.

Basılır Elçin Poladlı rüşvət, karyera naminə ayaqlara-baldırlara suvaşan pişpişilərə.

Sınır Elçin Poladlı öz klinikasını dəllalxanaya çevirən professor Əmirov eqoizminə, idiotluğuna, alimi biəməlliyinə, rüşvət dəliliyinə.

Sınır Elçin Poladlı ikiayaqlı hörümçəklər torunda.

Diz qatlayır Elçin Poladlının mənəvi dünyası mənəviyyatsızlar zorunda.

Göreşənlər amansızcasına parçalayır-didirlər Elçin Poladlını.

Vəhşilər, diri-diri yeyirlər Elçin Poladlını.

Şərəfsizlər şərəf taxtından endirirlər Elçin Poladlını.

Həqiqətlə nəfəs alan Elçin Poladlı həqiqətsiz yaşayanlara basılır.

Vətən Məcnunu, Vətən Fərhadı Elçin Poladlı Vətən dəllallarından, Vətən baqqallarından asılır...

Oxucuya (tamaşaçıya) bədbinlik-küskünlük yaşatmır Ağalar İdrisoğlunun Elçin Poladlı məğlubiyyəti. Bu məğlubiyyət axıdır ürəklərə dağ qüvvəti, dağ vüsəti. Bu məğlubiyyət ədalətə, həqiqətə haraylayır ədalətə, həqiqətə həsrət qalmış məmləkəti. Bu məğlubiyyət qəzəbləri - nifrətləri güllə edir, mərmi edir atır bir-bir əliəyri məmurlara, vətəninə, millətinə dodaq büzənməşhurlara”. Bu məğlubiyyət od püskürür həm rüşvətə, həm daşbaşa yerikləyən haqqa qənim minsifətli hakimlərə, ağlibaslı, fəqət rüşvət ehtiraslı pay-piyada həkimlərə. Bu məğlubiyyət lənətləyir dönə-dönə Elçin Poladlıya: “Mühitə qaynayıb-qarış, mühitlə canbir ol barış, başın-gözün sığallansın, həm varlı ol, həm imkanlı, həm munis ol, həm fəndgirdeyənləri, zamam-zaman tərəzinin haqq gözünü öz xeyrinə əyənləri.

Ağalar İdrisoğlunun Elçin Poladlısı mənə xatırladır Kefli İsgəndəri, Molla Abbası (Mirzə Cəlil), Aydını, Oqtay Eloğlunu (Cəfər Cabbarlı). Elçin Poladlı özündən əvvəkilərin xələfidir, həm layiqli xələfi. o, sələflərindən öyrənib əxz etdiklərindən öz əsrində lazımınca bəhərlənir. Belə ki, Elçin Poladlı da sələfləri kimi yaşadığı mühitə uyğunlaşmır, eybəcər qayda-qanunlarla barışmır, sözdə bir cür, əməldəsə başqa cür ola bilmir, cəmiyyətinQarnın toxdur, yıxıl yat, hamı necə, sən elətipli şablonlaşmış, normaya salınmış məntiqilə razılaşmır, əsrində, mühitində yeniləşmə- təzələşmənin ardıcıl tərəfdarıtəəssübkeşidir.

Zaman intiqam alır yenilikçilərdən - necə ki Kefli İsgəndərdən, Molla Abbasdan, Aydından, Oqtay Eloğlundan Elçin Poladlıdan aldı. Zaman şəhadət verir ki, zəmanələrinə sığmayan qəhrəmanlar ya ölür, ya dəli olur, ya da öldürülürlər. Lakin bu qəhrəmanların ürəklərə-beyinlərə səpdikləri fikir ideyalar qalib kimi yaşayır çevrəsinə yeni-yeni İsgəndərlər Molla Abbaslar, yeni-yeni Aydınlar, Oqtay Eloğlular Elçin Poladlılar toplayır, Zamanla barışmayan bu mücadiləçi kəsim elə Elçin Poladlı kimi sabahlar yurddaşlarına təkrar-təkrar deyəcək: Yurddaşım, eldaşım, inan mənə gün gələcək Azərbaycan rüşvətsiz, yalansız, talansız bir ölkə olacaq, orada yer qalmayacaq qanunsuzluğa, fırıldaqçılığa, hərki-hərkiliyə, hərc-mərcliyə. Orada yer qalmayacaq saxtakarlığa, əliəyriliyə, diliəyriliyə. Orada hamıya, hər kəsə çiyin verəcək, arxa duracaq həqiqət ədalət.

 

Musa XANBABAZADƏ,

filoloq-ədəbiyyatşünas

 

Azad Azərbaycan.- 2023.- 14 sentyabr.- S.6.