"Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası

 haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

1.  "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Təhsil Nazirliyinin "Ümumtəhsil məktəbinin pedaqoji şurası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 20 aprel 1994-cü il tarixli, 244 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Ümumi şöbə (A.Nəbiyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5.  Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.               

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

19 noyabr 2010-cu il

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.2.