Rusiyalı alim Bakı Slavyan

Universitetində mühazirə oxuyub

  

Noyabrın 24-25-də Rusiya Xalqlar Dostluğu Universitetinin Çin üzrə strateji araşdırmalar mərkəzinin direktoru, tarix elmləri doktoru, professor Aleksey Maslov Bakı Slavyan Universitetində tələbələrlə görüşmüşdür.

AzərTAc xəbər verir ki, şərqşünaslıq sahəsində böyük xidmətləri olan A.Maslov "Dünya sivilizasiyasında Çin faktoru, Qərbdə şərqşünaslığın yeni cərəyanları" mövzusunda mühazirə oxumuş, tələbə magistrantları maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

A.Maslov universitetdə fəaliyyət göstərən muzey, tədris-mədəniyyət mərkəzləri kitabxana ilə tanış olmuşdur.

 

         Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.1.