BDU-da elmi əməkdaşlıq

 məsələləri müzakirə olunub

 

Moskva Dövlət Universitetinin Biofizika kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, professor Andrey Borisoviç Rubin BDU-da olub. Rusiyalı qonaqla görüşündə BDU haqqında ətraflı məlumat verən rektor, akademik Abel Məhərrəmov universitetin yaranma inkişaf tarixindən, əsasən bu təhsil ocağının beynəlxalq əlaqələrindən bəhs edib. Bildirilib ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Rusiya Federasiyası universitetləri, o cümlədən Moskva Dövlət Universiteti ilə səmərəli ikitərəfli əlaqələr qurub. Nanotexnologiya innovasiyadan danışan rektor, MDU alimlərinin bu sahədəki təcrübələrini azərbaycanlı alimlərlə bölüşdüyünü, səmərəli birgə işbirliyi alındığını qeyd edib.

Qonaq  da, öz növbəsində, Bakı Dövlət Universitetinin elm və təhsildə böyük nailiyyətlər əldə etdiyini, əlaqələrin daha səmərəli və sıx olmasında maraqlı olduğunu nəzərə çatdırıb.

 

BDU-nun Mətbuat informasiya şöbəsi

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.1.