Biləsuvar rayonunun İsmətli kəndində

 yeni məktəb binası istifadəyə verildi 

 

Noyabrın 27-də Biləsuvar rayonunun İsmətli  kəndində yeni tikilmiş orta məktəbin açılış mərasimi oldu. Tədbirdə Təhsil Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə müəssisə rəhbərləri, təhsil, səhiyyə işçiləri KİV-in əməkdaşları iştirak edirdilər.

Açılış mərasimindən öncə təhsil naziri Misir Mərdanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Heydər Əliyev adına parkda oldular, ümummilli lider Heydər Əliyevin  abidəsinin önünə, Biləsuvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoydular.

Sonra təhsil naziri Misir Mərdanov rayon rəhbərliyi ilə birlikdə İsmətli kəndində yeni inşa edilmiş 640 şagird yerlik orta məktəbin açılış mərasimində iştirak etdi. Açılış mərasimini giriş sözü ilə Biləsuvar  Rayon Təhsil Şöbəsinin müdiri  Balaqardaş Kazımov  açaraq bildirdi ki, bu gün İsmətli kənd sakinlərinin sevinci çox böyükdür.  4 min əhalisi olan bu kəndin sakinlərinin uzun  illərdən bəri  ürəklərində bəslədikləri  bir   arzu   artıq həyata keçir. Müasir tələblərə cavab verən bu gözəl təhsil ocağı öz  qapılarını şagirdlərin üzünə açır. O, təhsil ocağının yeni binasını kənd sakinlərinə, müəllim şagirdlərə əvəzsiz töhfə kimi dəyərləndirdi.

Təhsil naziri Misir Mərdanov yeni  məktəbin açılışı münasibətilə rayon rəhbərliyini, təhsil müəssisələrinin pedaqoji şagird kollektivlərini, kənd  sakinlərini təbrik edərək, gələcəkdə başqa məktəb binalarının da tikiləcəyini bildirdi. Nazir Biləsuvar rayonunda görülən bütün tikinti-quruculuq abadlıq işlərinin ölkə başçısı İlham Əliyevin Azərbaycanda təhsilə, regionlara göstərdiyi diqqət qayğısının nəticəsində mümkün olduğunu vurğuladı.

Bildirdi ki, ölkə Prezidentinin tapşırığına əsasən 2013-cü ilədək Azərbaycanda təhsil sahəsində olan bütün  problemlər  yüksək səviyyədə həllini tapacaqdır.

Misir Mərdanov onu da əlavə etdi ki,   yeni istifadəyə verilən bu  məktəb kənd sakinlərinə, müəllimlərə, şagirdlərə gözəl hədiyyədir. Məktəbi tikmək bir işdirsə,  onu qoruyub saxlamaq daha məsul  ciddi bir işdir, - dedi. - Biz bunu heç vaxt unutmamalıyıq!

"İndi Azərbaycanda zəruri şərtləri ödəyən təlim təhsil mühiti formalaşmaqdadır" -  deyən nazir Misir Mərdanov qeyd etdi  ki, ölkə başçısı, xalq bu gün təhsil işçilərindən daha keyfiyyətli təhsil gözləyir. Bunun üçün hər bir kəs öz sahəsində ciddi çalışmalıdır.

Əminəm ki, hazırda istifadəyə verilən  bu təhsil ocağı İsmətli kəndinin  mədəniyyət mərkəzi olacaq   burada təhsillə bağlı olmayan digər  mədəni-kütləvi tədbirlər  keçiriləcəkdir. Çıxışının sonunda nazir kənd camaatına, müəllimlərə kəndin digər ziyalılarına bu işdə böyük   uğurlar arzuladı.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin  başçısı Adil Məmmədov çıxış edərək bildirdi  ki, ölkəmizdə, eləcə Biləsuvarda son illər təhsilin inkişafına olan qayğı, diqqət öz müsbət nəticəsini vermişdir. Cənab Prezidentin fərmanı ilə  təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na  uyğun olaraq yeni məktəb binaları tikilmiş   bəziləri təmir  olunmuşdur. Yeni nəslin təlim-tərbiyəsinə, təhsil işçilərinə göstərdiyi diqqət qayğıya görə rayonumuzun bütün təhsil işçiləri  adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Adil Məmmədov çıxışının sonunda rayonda   təhsil şöbəsi üçün ayrıca inzibati  binanın tikilməsini və İsmətli kəndində olan köhnə məktəbin  əsasında uşaq bağçasının açılmasının vacibliyini də vurğuladı və  bu məsələlərin həllinə kömək göstərməyi təhsil naziri  Misir Mərdanovdan xahiş etdi.  

İsmətli kənd sakini, məktəb valideyn komitəsinin sədri Musaxan Əliyev   çıxış edərək bildirdi ki, bugünkü gün bizim üçün əlamətdar, yaddaqalan bir gün olacaqdır. Çünki İsmətli kəndində inşa edilən, müasir tələblərə cavab verən üçmərtəbəli tədris  korpusunun açılışı hər bir kənd sakinini, eləcə   məni çox sevindirir.  Bildirildi ki, neçə-neçə sənət sahibləri, müəllimlər, həkim, aqronom, mühəndis  elm adamları bu məktəbin  məzunlarıdır. Onlar məktəblə heç vaxt əlaqələrini kəsmir, sevimli müəllimləri ilə vaxtaşırı   görüşürlər.

Həmin gün məktəbin açılışında sevinclərini gizlədə bilməyən şagirdlər ulu öndərə, Vətənə və məktəbə həsr olunmuş şeirlər söylədilər və ədəbi kompozisiya göstərildi

Çıxışlardan sonra məktəbin açılışını bildirən qırmızı lent kəsildi   tədbir iştirakçıları təhsil ocağına daxil oldular. Qonaqlar məktəbin sinif otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanaya idman  zallarına baxdılar. Onlar görülən işin keyfiyyətindən  razılıq etdilər icraçısı Maqbet Musayevin  əməyi  xüsusi qeyd olundu. 

Tədbirin sonunda təhsil naziri Misir Mərdanov rayon ictimaiyyəti ilə birlikdə yeni  məktəbin qarşısında xatirə şəkli çəkdirdi.

 

Şakir CƏFƏROV

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.2.