İnnovasiya yönümlü iqtisadi inkişafın

problemləri bunların həlli yolları

 

Azərbaycan müstəqillik yollarında müxtəlif istiqamətlərdə uğurlar qazanır, dünya təcrübəsindən bəhrələnməklə sosial, mədəni iqtisadi yönlü problemlərin həllinə nail olur.

Sumqayıt Dövlət Universiteti Azərbaycan MEA-nın İqtisadiyyat İnstitutunun birgə keçirdikləri "Azərbaycan Respublikasında innovasiya yönümlü iqtisadi inkişafın problemləri onların həlli yolları" mövzusunda konfrans bu baxımdan çox aktual bir mövzuya həsr olunmuşdu.

Noyabrın 30-da SDU-nun kiçik akt zalında keçirilmiş konfransı giriş sözü ilə ali məktəbin rektoru, professor N.Qəhrəmanov açmışdır.

Respublika elmi konfransına SDU, AMEA-nın İqtisadiyyat İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı Təşkili İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti başqa ali məktəblərdən 105 tezis daxil olmuşdur.

Ayrı-ayrı bölmələrdə A.Muradov, R.Abdullayeva M.Rizayevanın (AMEA-nın İqtisadiyyat İnstitutu), M.Pənahəliyeva, Q.Hüseynov, B.Orucəliyeva (SDU), U.Mansurov B.Əhmədov (ADİU), H.Aslanov (BDU), F.Cəfərov (AMİU), C.Kərimov (ADNA) başqalarının məruzələri maraqla qarşılanmışdır.

Konfransın təşkilindən razı qalan müxtəlif ali məktəb elmi-tədqiqat institutlarının nümayəndələri 2012-ci ildə SDU-da müvafiq iqtisadi yönlü konfransın beynəlxalq səviyyədə keçirilməsi üçün geniş imkanlar olduğunu qeyd etmişlər. İştirakçılar belə bir təkliflə təşkilat komitəsinə yazılı müraciət qəbul etmişlər.

Konfransın yekun iclasında elmi işlər üzrə prorektor, professor Y.Hüseynov iştirak edib, ümumiləşdirmə aparmışdır.

 

Ş.MƏMMƏDOV

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.5.