"Ətraf mühiti qoruyaq"
məktəblilərin respublika
müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası
təhsil nazirinin əmri
"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 28 sentyabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ətraf mühiti qoruyaq" mövzusunda respublika rəsm və fotomüsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR Təhsil Nazirliyi, rayon, şəhər təhsil şöbələri,
idarələri əsasnamənin tələblərinə uyğun olaraq müsabiqənin yerlərdə
keçirilməsini təmin etsinlər.
4. Tərbiyə
və
məktəbdənkənar müəssisələr
şöbəsi (A.İbrahimov)
müsabiqənin təşkili ilə əlaqədar lazımi
təşkilati işləri həyata keçirsin.
5. İqtisadiyyat
şöbəsi (Ş.Əliyev) müsabiqə qaliblərinin
mükafatlandırılması
üçün 525 (beş yüz iyirmi beş) manat vəsait
ayrılmasını təmin
etsin.
6. Ümumi
şöbə (H.Məhərrəmova)
müsabiqə qalibləri
üçün hədiyyələrin
alınmasını, əmr və əsasnamənin çoxaldılaraq
yerlərə göndərilməsini təmin etsin.
7.
İctimaiyyətlə
əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
və əlavələrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını
təmin etsin.
8. Əmrin icrasına
nəzarət nazir müavini
E.Qasımova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
7 dekabr
2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.6.