"Ətraf  mühiti qoruyaq" məktəblilərin 

respublika müsabiqəsinin  keçirilməsi  barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 "Əhalinin  ekoloji təhsili maarifləndirilməsi"  haqqında Azərbaycan Respublikası Qanunundan Azərbaycan  Respublikası Prezidentinin "Azərbaycan  Respublikasında   ekoloji  vəziyyətin yaxşılaşdırılmasına  dair  2006-2010-cu illər  üçün Kompleks Tədbirlər  Planı"nın təsdiq edilməsi haqqında 28 sentyabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək  məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək  məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ətraf  mühiti qoruyaq" mövzusunda  respublika rəsm fotomüsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin  tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR Təhsil Nazirliyi, rayon, şəhər təhsil şöbələri, idarələri əsasnamənin tələblərinə uyğun olaraq müsabiqənin yerlərdə keçirilməsini təmin etsinlər.

4. Tərbiyə və  məktəbdənkənar müəssisələr şöbəsi (Abrahimov)  müsabiqənin təşkili ilə  əlaqədar  lazımi  təşkilati işləri həyata keçirsin.

5.İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqə qaliblərinin mükafatlandırılması  üçün 525 (beş yüz iyirmi. beş) manat   vəsait  ayrılmasını təmin  etsin.

6. Ümumi şöbə (H.Məhərrəmova) müsabiqə qalibləri üçün hədiyyələrin alınmasını, əmr  və  əsasnamənin  çoxaldılaraq yerlərə göndərilməsini  təmin etsin.

7. İctimaiyyətlə  əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin və əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin  icrasına  nəzarət  nazir  müavini  E.Qasımova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

7 dekabr 2010-cu il

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.6.