"Ekologiya ili" töhfəmiz

mövzusunda məktəblilərin respublika

 ekoloji forumunun keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 "Əhalinin ekoloji təhsili maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası Qanunundan Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 28 sentyabr 2006-cı il tarixli, 1697 nömrəli Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilən "Ekologiya ili"ndə görülən işləri qiymətləndirmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 21 dekabr 2010-cu ildə Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ekologiya ili" töhfəmiz mövzusunda respublika ekoloji forumu keçirilsin.

2. Respublika ekoloji forumunun əsasnaməsi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, rayon, şəhər təhsil şöbələri, idarələri forumda əsasnamənin tələblərinə uyğun müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (Abrahimov) forumun təşkili ilə əlaqədar lazımi təşkilati işləri həyata keçirsin.

5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) qaliblərin mükafatlandırılması və diplomların hazırlanması üçün 350 (üç yüz əlli) manat vəsait ayrılmasını təmin etsin.

6. Ümumi şöbə (H.Məhərrəmova) əmr və əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

7 dekabr 2010-cu il

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.6.