"Şagirdlərin ümumtəhsil məktəblərinə

 qəbulu yerdəyişməsi haqqında

Qaydalar"ın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

1. "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu yerdəyişməsi haqqında Qaydalar" təsdiq edilsin (əlavə olunur).

2. Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərinə qəbul şagirdlərin yerdəyişməsinin tənzimlənməsi barədə" 12 sentyabr 2003-cü il tarixli, 787 nömrəli əmri 15 sentyabr 2005-ci il tarixli, 46-14-4534/16 nömrəli təlimati məktubu qüvvədən düşmüş hesab edilsin.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Ümumi şöbə (H.Məhərrəmova) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

14 dekabr 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.2.