ADU-da "Buta"nın

 təqdimat mərasimi keçirildi

 

Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində "Buta" müasir Azərbaycan, Türkiyə ABŞ qadın yazarlarının nəsr poeziya toplusunun təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində "Sönməz məşəl" mədəni əlaqələr ictimai birliyinin sədr əvəzi Rəşad Həsənov bildirdi ki,  bu  toplunun  ərsəyə gəlməsində  birliyin  keçirdiyi  seminarların böyük rolu olub. Toplu haqqında qısa məlumat verərək, toplunun elektron versiyasının da oxucuların ixtiyarına verildiyini bildirib.

Mərasimdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid toplunun əhəmiyyətindən söz açdı. Qadın yazarlarının əsərlərinin bir topluda çap edilməsini əlamətdar hadisə hesab  edən  R.Məcid  millətin,  xalqın  savadlı,  intellektual  olmasının  həm    bilavasitə  qadınlardan  asılı olduğunu söylədi.

Sonra toplunun redaktorları layihənin gerçəkləşməsində xidmətləri olan Şəhla Nağıyeva Elison Məndəvil ilə birbaşa İnternet-əlaqə yaradıldı. Onlar gənc perspektivli qadın yazıçılarla birgə görməkdən məmnun olduqlarını bildirdilər. Qeyd edildi ki, nəşr olunan bu toplu ADU-nun, eyni zamanda digər ali məktəblərin tərcümə filologiya fakültələrində əyani vəsait kimi istifadə olunacaq. Azərbaycanın dünyaya tanıdılmasının, eləcə ədəbiyyat incilərinin ingilis başqa xarici dillərdə yayılmasının böyük hadisə olduğu bu baxımdan da belə kitabların böyük əhəmiyyət daşıdığı xüsusi vurğulandı. Kitab haqqında fikir mülahizələr bildirildi.

 

Şakir DAYANDUROĞLU

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.12.