Üzeyir Hacıbəylinin yaradıcılığına

 həsr olunmuş multimedia dərsi

 

Bu il dahi bəstəkar, dramaturq, publisist alim, müəllim ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi Azərbaycanda, o cümlədən bir sıra xarici ölkələrdə yüksək səviyyədə qeyd olunur.

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının direktoru M.Şabanbəyovanın təşəbbüsü ilə gimnaziyada bu əlamətdar yubileylə əlaqədar bir neçə tədbir keçirilib. Belə tədbirlərdən biri noyabrın 23-də gimnaziyanın fortepiano şöbəsində oldu. Həmin gün mən "Ü.Hacıbəylinin yaradıcılığında lad tonallıq münasibətləri" mövzusunda multimedia dərsi keçdim. Dərsin əsas məqsədi Ü.Hacıbəylinin əvəzolunmaz şəxsiyyət böyük insan olmasını, şərq musiqisini Avropa musiqisindən fərqləndirən əsas cəhətləri göstərməkdən, əsas ladların (məqamların) səs sıraları, şöbələri xarakterləri haqqında məlumat verməkdən, dahi bəstəkarın əsərlərini təhlil edərək onların hansı ladda ya şöbədə bəstələndiyini təyin edib hər ladın slaydında musiqini səsləndirməkdən ibarət idi.

Şagirdim Ülkər Şıxəliyeva (2-ci sinif) Ü.Hacıbəylinin fortepiano üçün bəstələdiyi sonatanı ifa etdi. İfadan sonra mən əsəri təhlil etdim. Təhlili 3 istiqamətdə - Şərq, Avropa musiqisi onların sintezi nöqteyi-nəzərindən apardım. Əvvəlcə sonatinanın hansı ladda bəstələndiyini təyin etdim: sonatinanın 1-ci cümləsi do mayeli "Çargah" ladının "Hasar" şöbəsində, 2-ci cümlə isə "Çargah" ladının "Müxalif" şöbəsində yazılmışdır. 2-ci cümlə sol mayeli "Çargah" ladına modulyasiya edilmişdir. Rerpizdə sonatinanın harmoniyası zənginləşmiş əsər do mayeli "Çargah" ladının kvinta səsində tamamlanır. Klassik sonata forması kimi baxıldıqda bu sonatinanın sxemi iki bir-birinə zidd - əsas mövzu lirik, köməkçi mövzu isə qətiyyətli - mövzular əsasında qurulmuşdur. Ən maraqlısı budur ki, sonatinanı Şərq Avropa musiqisinin sintezi kimi təhlil etdikdə Ü.Hacıbəylinin bəstəkarlıq bacarığını, dahiyanə kəşflərini görürük. Bəstəkar "Çargah" ladının "Hasar" şöbəsinin lirik xarakterdə olduğuna görə onu əsas mövzu, "Müxalif" şöbəsi isə qətiyyətli, inamlı xarakterdə olduğuna görə köməkçi mövzu kimi qəbul edib. Tonallıq cəhətdən əsəri təhlil etdikdə sonatinanın do minor tonallığında yazıldığını görürük. Bəstəkar əsəri Avropa musiqisinə yaxınlaşdırmaq məqsədilə do mayeli "Çargah" ladında yazmışdır.

Nəticədə onu deyim ki, Ü.Hacıbəylinin bizə miras qoyduğu fundamental kitab - "Azərbaycan xalq musiqisinin əsasları" kitabı bizə ladlarımız haqqında ətraflı məlumatlar verir tədqiqat işləri aparmaq üçün geniş imkanlar açır. Böyük sənətkar Ü.Hacıbəyli yazırdı: "Bu kitab göstərilən sübutlar qaydalarla dəfələrlə yoxlanılmış axtarış təhlillərin nəticəsidir. Bu, Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənməyə bəstəkarlara Azərbaycan xalq ladları əsasında musiqi bəstələməyə kömək edən nəzəri vəsaitdir. Mənim bir bəstəkar kimi Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işim "Koroğlu" kimi operamı yazmaqda praktiki əhəmiyyət kəsb edir".

 

Ülviyyə QARAYEVA

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.11.