Peşəsinin vurğunu

 

Elm adlı bir xəzinənin açarını bizə təqdim edən müəllimdir. Müəllim zəka, müəllim ziyadır. Odur bizə  savad, bilik verən. Odur bizi maarifləndirən. Odur insanlara həyatı sevdirən, insanlığı, yaxşını yamandan, düzü əyridən seçməyi öyrədən.  Müəllim adı şərəfli müqəddəsdir. Gənc nəslin fəal həyata layiqincə hazırlaşması müəllimin şəxsiyyətindən, onun qabaqcıl ictimai əqidəsi, mədəniyyəti, təhsili pedaqoji ustalığından asılıdır. Müəllim əməyi ona görə qiymətli gözəldir ki, o, insanı şəxsiyyət kimi müstəqil həyata hazırlaşdırır. Bilik isə gündəlik təcrübənin zərrələrindən əmələ gəlir. Ulu öndər Heydər Əliyev müəllim əməyini belə qiymətləndirmişdir: "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".

Haqqında söhbət açacağımız Taisə müəllim belə insanlardandır. Taisə Sarı qızı Quliyeva 1946-cı ildə Qazax rayonunda müəllim ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri fakültəsinə daxil olaraq,1969-cu ildə ali məktəbi "əla" qiymətlərlə başa vurmuşdur. Elə həmin ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəaliyyətə başlamışdır. Hazırda da həmin təhsil ocağının sayılıb-seçilən pedaqoqlarından biridir.

Taisə xanım təvazökar, nizam-intizamı sevən ən ümdəsi, öz işinə məsuliyyətlə yanaşan bir müəllimdir. Bir çox elmi məqalələrin müəllifidir. Dəfələrlə yaxşı səmərəli işlərinə görə fəxri fərmanlarla təltif edilmiş, təşəkkürnamələr almışdır. Həyatda hər bir müəllimin məqsədi öyrəndiklərini tələbələrinə çatdırmaqdır, Taisə xanım da bu baxımdan  gənclərə bir nümunə örnəkdir. Dərs dediyi tələbələri, sözün həqiqi mənasında, onun sayəsində ana qayğısı ilə əhatə olunmuşlar. O, bütün mənəvi rahatlığını, dincliyini öz peşəsində tapır tələbələrində görür.

Taisə xanım  həmişəki kimi cəld, çevik enerjilidir. Uzun müddət gənclərlə işlədiyi üçün onun ruhu cavandır. İşlədiyi kollektiv onu zəhmətkeş insan, əsl müəllim kimi həmişə yüksək dəyərləndirir. Tələbələrinin əksəriyyəti bu gün onun özü ilə çiyin-çiyinə çalışan elmi dərəcəli müəllimlərdir. Taisə xanım isə bütün bunlardan qürur sevinc hissi keçirir. Lakin buna baxmayaraq, vaxtı ilə dərs dediyi, indi isə birgə çalışdığı tələbələri bu gün bir müəllim kimi Taisə xanımın təcrübəsindən faydalanırlar. Müəllim kimi müqəddəs adı şərəflə daşıyan Taisə xanıma Allahdan uzun ömür cansağlığı arzulayırıq.

 

Fidanə MƏMMƏDOVA

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.7.