"Milli kurikulum qiymətləndirmə

fəaliyyəti - 2010" mövzusunda

beynəlxalq konfrans

  

Bu günlərdə Tbilisi şəhərində Gürcüstanın  Elm Təhsil Nazirliyi  tərəfindən "Milli kurikulum qiymətləndirmə fəaliyyəti - 2010"  mövzusunda beynəlxalq konfrans keçirilib.

Gürcüstanın elm təhsil  naziri Dmitri Şaşkin  konfrans iştirakçılarını salamladı konfransın işinə uğurlar arzuladı. Gürcüstan Milli Kurikulum Qiymətləndirmə Mərkəzinin direktoru Natiya Cokadze rəhbərlik etdiyi təşkilatın strukturu fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi. Bildirildi ki, Milli Kurikulum Qiymətləndirmə Mərkəzi Elm Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən altı böyük mərkəzdən biridir. Mərkəzin fəaliyyət dairəsinə kurikulumların hazırlanması, sınaqdan keçirilməsi tətbiqi, eləcə ümumtəhsil məktəblərində tədris-təlimin qiymətləndirilməsi sisteminin yaradılması, tətbiqi, milli digər səviyyələrdə qiymətləndirmələrin həyata keçirilməsi daxildir. 

Natiya Cokadze "Milli kurikulumun hazırlanması, sınaqdan keçirilməsi, tətbiqinin dəstəklənməsi fasiləsiz inkişaf" mövzusunda geniş hesabat da  təqdim etdi. O, orta ümumi təhsil pilləsində tədris edilən fənlər, onlara ayrılmış saatlar, ayrı-ayrı fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün görülmüş işlər haqqında ətraflı məlumat verdi. N.Cokadze məktəbəqədər tərbiyə inklüziv təhsil üzrə aparılmış işlər haqqında da danışdı, xarici ölkələrdə yaşayan təhsil alan, öz xalqının tarixi, mədəniyyəti haqqında kifayət qədər məlumatı olmayan öz ana dilində sərbəst danışa bilməyən uşaqlar üçün nəzərdə tutulmuş  "Şənbə məktəbləri"nin fəaliyyəti haqqında ətraflı məlumat verildi. Dərsliklərin tərtibinə verilən yeni tələblər müəllim hazırlığı istiqamətində görülmüş işlər konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Sonra Milli Kurikulum Qiymətləndirmə Mərkəzinin direktor müavini Zea Paiçatdze Gürcüstanda orta ümumi təhsil səviyyəsində tədris edilən yeni fənlər haqqında məlumat verdi. "Milli Kurikulum Qiymətləndirmə Mərkəzində layihələr proqramlar" mövzusunda məruzəsində natiq göstərdi ki, Orta Mülki müdafiə təhlükəsizlik,  İnformasiya kommunikasiya texnologiyaları, Dünya mədəniyyəti Rəqs dərsi kimi fənlərin tədrisini uşaqların hərtərəfli formalaşmasında əhəmiyyətli hesab edirlər. Müqayisə üçün bildirək ki, İnformasiya kommunikasiya texnologiyaları fənni Azərbaycanda da ümumtəhsil səviyyəsində birinci sinifdən başlayaraq müstəqil fənn kimi tədris edilir. Mülki müdafiə təhlükəsizlik fənnində əhatə edilən məsələlərin tədrisi   isə Azərbaycanda Həyat bilgisi fənn kurikulumunda "Sağlamlıq təhlükəsizlik" məzmun xəttində  nəzərdə tutulmuşdur. Bununla yanaşı təbiət fənlərinin tədrisi imkanları daha da genişləndirilmiş, fiziki tərbiyə fənni idman fənni ilə əvəz edilmiş, ingilis dili fənni  birinci sinifdən başlayaraq  tədris edilmişdir.

Dünya mədəniyyəti fənni üzrə tədrisi nəzərdə tutulan məsələlər dünyada qloballaşma getdiyi bir zamanda cəmiyyətin və öyrənənin ehtiyaclarının təmin olunması baxımından çox əhəmiyyətlidir.

Riyaziyyat, elm və texnologiyalar şöbəsinin  müdiri Yekaterina Slavinskaya "Riyaziyyat, təbiət fənləri və İKT-nin məzmununda dəyişikliklər", Humanitar və ictimai elmlər şöbəsinin müdiri Tamar Cakelioxdilli təhsil" mövzularında  məruzə etdilər.

Konfransda milli qiymətləndirmə  onun həyata keçirilməsi istiqamətində görülmüş işlər müzakirə olundu.

Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin direktoru Natiya Cokadze "Milli qiymətləndirmə (məsələyə ümumi baxış)", Milli qiymətləndirmənin keçirilməsi  üzrə beynəlxalq məsləhətçi, Niderlandın təhsilin qiymətləndirilməsi üzrə CİTO Beynəlxalq İnstitutunun rəhbəri Henk Moelands "Milli qiymətləndirmə və kurikulum, Milli qiymətləndirmə nümunə kimi", həmin institutun əməkdaşı Frans Kleyntces isə "Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzi və Niderlandın CİTO qrupu" mövzularında təqdimat etdilər. 

Konfransda Gürcüstan Milli Kurikulum və Qiymətləndirmə Mərkəzinin şöbə  müdirləri ana dili və ədəbiyyat, riyaziyyat, təbiət fənləri üzrə milli qiymətləndirmənin nəticələri haqqında ətraflı məlumat verdilər.

Sonda əldə edilən nəticələr ətrafında  müzakirələr aparıldı konfrans öz işini yekunlaşdırdı.

Konfrans başa çatdıqdan sonra Gürcüstan televiziyasına müsahibə verdim. Gürcüstanlı həmkarlarımızın kurikulum islahatı sahəsində əldə etdikləri təcrübəni bu şəkildə dost ölkələrin təhsil işçiləri ilə   mübadilə etmələrini yüksək dəyərləndirdiyimizi   bu baxımdan keçirilən beynəlxalq konfransın böyük əhəmiyyət daşıdığını bildirdim.

 Gürcüstan Milli Kurikulum Qiymətləndirmə Mərkəzinin direktoru Natiya Cokadze azərbaycanlı həmkarları ilə yaxından əməkdaşlıq etmək arzusunda olduğunu bildirdi. 

 

A.SÜLEYMANOVA

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.11.