Müəllimlər İKT üzrə təlimlərin

 səviyyəsindən razıdırlar

 

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində müəllimlər üçün informasiya kommunikasiya texnologiyalarının (İKT) təhsilə tətbiqi yolları üzrə biliklərin verilməsi üçün treninqlər keçirilir. 2010-cu ilin sonunadək Dövlət Proqramı çərçivəsində respublika üzrə 69 min nəfərin ya ölkə üzrə təxminən 40% müəllimin təlimlərdən keçməsi planlaşdırılır. Dövlət Proqramının əhatə müddətində, yəni 2008-2012-ci illərdə ölkə üzrə ümumi müəllim kollektivinin  67%-i (təxminən 114 min nəfər) İKT-nin təhsilə tətbiqi yolları haqqında bacarıqlar əldə etmək üçün treninqlərdən keçəcəkdir.

Azərbaycanda təhsil işçiləri üçün təlimlər bu sahədə böyük təcrübəsi olan "Mədəd" təşkilatı tərəfindən həyata keçirilir. Bu təşkilat 4 istiqamətdə təlimlər aparır: "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi", "İntel - Gələcək üçün təhsil", "Elektron məktəb" "İnzibati-idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi" təlimləri.

Təlimlər vasitəsilə İKT-nin təhsilə tətbiqi üzrə nəzəri praktik biliklər əldə edən müəllimlər arasında testləşdirmə keçirilir. Təlimlərin keçirildiyi dövrdə ilkin mərhələdə bu proses pilot formada olsa da, 2010-cu ildən sistemli olaraq təlimlərdə iştirak etmiş bütün təhsil işçiləri arasında keçilir. Testlərlə yanaşı, müəllimlərin təlimlərdə əldə etdiyi praktik bacarıqlar da yoxlanılır. Belə ki, təlim keçmiş təhsil işçiləri təlim proqramının məzmununa uyğun olaraq təqdimatlar, dərslər layihələr hazırlayır, habelə kompüter proqramları ilə işləmə bacarıqlarını nümayiş etdirirlər.

"Mədəd" təşkilatının icraçı direktoru Elbrus Zarbaliyevin sözlərinə görə, təlimlərdə iştirak edən müəllimlərin inzibati-idarəetmə heyətinin təlim zamanı əldə etdikləri bilik bacarıqlarını müəyyən etmək üçün qiymətləndirmə vasitəsi kimi istifadə olunan testlər təlimin son günündə bütün iştirakçılara paylanır onlar sərbəst şəkildə, heç bir müdaxilə müzakirə olmadan imtahan prosesində iştirak edirlər.

Obyektiv nəticələr əldə etmək məqsədilə "Mədəd" təşkilatı müntəzəm olaraq test hissələrini saxlamaqla sualları yeniləri ilə əvəz edir.

Hər təlim üzrə test suallarının sayı müəyyənləşdirilmiş bir neçə variantda sual kitabçaları hazırlanmışdır. Təlim iştirakçılarının testdən əldə etdikləri nəticələr balla müəyyən olunur. Sertifikat əldə etmək üçün müvafiq təlim üzrə keçid balını toplamaq gərəkdir. Məhz testlər üzrə keçid balını toplayan müəllimlərə sertifikatlar verilir. Bu isə, öz növbəsində, müəllimlərin təlimlərdə verilən bilik bacarıqlara yiyələnməsi üçün motivasiyadır. Çünki sertifikatlaşma onların gələcək əmək fəaliyyətində çalışdıqları tədris müəssisəsinin rəhbərliyi tərəfindən qiymətləndirilməsi nöqteyi-nəzərdən vacibdir.   

Sertifikatlaşmanın nəticələri regionlar üzrə müxtəlifdir. Məsələn, avqust, sentyabr oktyabr aylarında Qazax rayonunun təlimdən keçən müəllimlərinin 87,9%-i, Beyləqan rayonunda isə 67,3%-i sertifikat əldə etmək üçün keçid balını toplamışdır. Həmin aylar  Biləsuvarda yerləşən Cəbrayıl rayonu məcburi köçkün qəsəbələri üçün təlimlər təşkil edilmiş təlim iştirakçılarının 94,1%-i sertifikata layiq görülmüşdür.

Şamaxı rayonunun Əngəxaran kənd orta məktəbinin direktoru Vasif Rüstəmov inzibati işçilər üçün təlimlərin məzmunundan razı qaldığını bildirsə , treninqin müddətinin  artırılmasını məqsədəuyğun hesab etdi. Təlim müddətinin artırılması məzmunun daha yaxşı qavranılmasına kömək edə bilər. Onun fikrincə, testləşdirmə təlim vasitəsilə əldə edilmiş bilikləri obyektiv qiymətləndirir. Amma ilkin kompüter bilikləri olmayan ya çox az olan təhsil işçiləri üçün təlim materiallarını qavramaq testdən keçmək çətinlik törədir. Buna görə ilkin kompüter savadı olmayan təhsil işçiləri üçün təlimlərin testlərin fərqli olması arzuolunandır. 

Bakı şəhərindəki 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif müəllimi Tamilla Abdullayevanın fikrincə, testləşdirmə prosesi zəruridir. Onun sözlərinə görə, test vasitəsilə təlimdə əldə edilmiş biliklər obyektiv olaraq qiymətləndirilir. "Mədəd" təşkilatı tərəfindən keçirilən təlimlərin səviyyəsini yüksək qiymətləndirən T.Abdullayeva təlimlərdə İKT-dən təhsildə istifadəsi üzrə real bacarıqların verildiyini söylədi.

Valideynlər təlim keçmiş müəllimlərin İKT-dən tədrisdə daha effektiv istifadə etdiklərini qeyd edirlər. Onların "Elektron təhsil" jurnalına verdikləri məlumatlara görə, tədrisdə İKT-nin imkanlarından istifadə şagirdlərə dərsə daha böyük maraq göstərməyə tədris materiallarını səmərəli mənimsəməyə kömək edir. Təlim keçən müəllimlərin testləşdirilməsinə mövqe bildirən valideynlər bu prosesin qiymətləndirmə üçün obyektiv bir meyar olduğunu söyləyirlər. 

 

  Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.4.