Tələbə elmi konfransı

 

Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə-1" fakültəsində Tələbə Elmi Cəmiyyətinin fakültə tələbə elmi konfransı keçirildi.  

Maliyyə vergi ixtisasları üzrə təhsil alan tələbələrin professor-müəllim heyətinin qatıldığı tədbiri təşkilat komitəsinin sədri, "Maliyyə-1"  fakültəsinin dekan əvəzi  Ü.Əliyev açaraq, konfransın məqsədi barədə məlumat verdi. Tədbirdə 31 tələbənin məruzəsi dinlənildi. Tələbələrin seçdikləri aktual mövzular,  həm onların elmi rəhbərlərinin, həm təşkilat komitəsinin böyük marağına səbəb oldu.  

Təşkilat komitəsi tərəfindən  I yerə layiq görülən Tural Qayıbov Azərbaycanda fond bazarının artım dinamikası son illərdə müşahidə olunan dəyişikliklər  haqqında  apardığı tədqiqatlardan  danışaraq tələbə   müəllimlərin mövzu ətrafında olan suallarını cavablandırdı. II  yerin sahibi Fərhad Qarayev "Sığorta bazarının inkişafı",  III yerə layiq görülmüş Elçin Mahmudov "Xarici iqtisadi fəaliyyətin vergi tənzimlənməsi" mövzularında məruzə etdilər. Bundan əlavə, Nigar İsmayılova II, İlahə Gülməmmədova  Əzizə Zeynalova  III  yerlərə layiq görüldülər. Digər iştirakçı tələbələrə isə sertifikatlar verildi. Tələbələrin gördükləri işi onların böyük uğurlarından biri olduğunu vurğulayan əməkdar iqtisadçı, professor  B.Xankişiyev dinlənilən mövzuların  tələbələrin gələcəkdə diplom işi kimi seçilməsinin mümkünlüyündən danışdı. Sonda  iştirakçıların məruzələrinin toplu halında çap olunması tövsiyə olundu.  

 

Məhəmməd ZEYNALLI

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.5.