Doktorantların  gənc tədqiqatçıların XV

Respublika elmi konfransının yekunları barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil Nazirliyinin 10 mart 2010-cu il tarixli, 288 nömrəli əmrinə əsasən 2010-cu il 9-10 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Doktorantların gənc tədqiqatçıların XV Respublika elmi konfransı keçirilmişdir.

Konfransın keçirilməsi məqsədilə təhsil nazirinin sədrliyi ilə Təşkilat Komitəsi, "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına mükafat uğrunda müsabiqənin keçirilməsi üçün münsiflər heyəti yaradılmışdır. Konfransın bölmələrinə rəhbərlik görkəmli alimlərə həvalə edilmişdir.

Elmi konfranslar doktorantların gənc tədqiqatçıların elmi tədqiqat işinə marağının artırılması, onların elmi səviyyəsinin yüksəldilməsi, aldıqları elmi nəticələrin müzakirə edilməsi elmi fikir mübadiləsinin aparılması üçün imkan yaradır. Buna dörə Təhsil Nazirliyinin tədbirləri arasında doktorantların gənc tədqiqatçıların respublika elmi konfransının xüsusi yeri vardır. Bu konfrans Təhsil Nazirliyi tərəfindən müntəzəm olaraq hər il keçirilir.

Son vaxtlar elmi konfranslara maraq xeyli çoxalmışdır ki, bu da dövlətin elm sahəsinə olan qayğısının artması ilə bağlıdır. 

Doktorantların gənc tədqiqatçıların XV Respublika elmi konfransının Təşkilat Komitəsinə 20 ali məktəbdən 401 məruzə tezisi təqdim olunmuş həmin məruzələrin adları proqrama daxil edilmişdir. XIV konfransa nisbətən XV konfransda iştirak etmək istəyənlərin sayı 100 nəfər artmışdır. Bu, gənclərin elmə həvəsinin artması bu konfransa olan rəğbətin çoxalması kimi qiymətləndirilə bilər.

2010-cu ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı təsdiq edilmişdir. Həmin siyahıya Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorantların gənc tədqiqatçıların respublika elmi konfranslarının materialları da daxil edilmişdir.

Bunu nəzərə alaraq konfransın səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər görülmüş, tezislərə qoyulan tələblər ciddiləşdirilmişdir. Tezislərin həcmi 1 vərəqdən 3 vərəqə qədər artırılmış, mətnin sonunda istifadə edilən ədəbiyyat siyahısının iki dildə xülasənin verilməsi zəruri sayılmışdır.

Konfransın daha səmərəli keçməsi üçün son illər müəyyən addımlar atılmışdır. Belə ki, gənc tədqiqatçılarda elmə həvəsi stimullaşdırmaq məqsədilə 2008-ci ildən başlayaraq konfransda fəal iştirak edənlərə Təhsil Nazirliyinin sertifikatları verilir, 2009-cu ildə sertifikatlarla yanaşı, konfrans bölmələrinin qərarlarına əsasən 5 tədqiqatçı "Ən yaxşı məruzəyə görə" noutbukla mükafatlandırılmışdır. Konfransın materialları çap olunaraq konfrans iştirakçılarına təmənnasız paylanılmışdır. 

Təşkilat Komitəsinin qərarına əsasən növbəti XV konfransda da fəal iştirak edən tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatlarının təqdim olunması nəzərdə tutulmuşdur. Bundan əlavə, "Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2010-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası konfransda "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına 3 mükafatın verilməsi barədə birgə qərar qəbul etmişdir. Konfransda fəal iştirak edən tədqiqatçılar bölmə rəhbərləri tərəfindən, mükafata layiq görülən məruzələr isə Təhsil Nazirliyinin yaratdığı Münsiflər heyəti tərəfindən seçilmişdir.

Cari ilin 9-10 dekabr tarixlərində keçirilmiş Doktorantların gənc tədqiqatçıların XV Respublika elmi konfransının 21 bölməsində 309  məruzə dinlənilmiş müzakirə edilmişdir. Bölmələrdə öz elmi işinin aktuallığı, yeniliyi mövzunu auditoriyaya çatdırmaq bacarığı  ilə fərqlənən 57 məruzəçiyə Təhsil Nazirliyinin sertifikatları təqdim edilmişdir. Münsiflər heyətinin qərarına əsasən 3 iştirakçi  "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına mükafata layiq görülmüşlər (Rüstəmova Gülay Mirzəbəy qızı - BDU, Hacıyeva Afaq Zakir qızı - BDU, Yusifova Könül Əbülfəz qızı - BDU).

Təşkilat Komitəsinin qərarına əsasən konfransda dinlənilmiş  və bölmə sədrləri tərəfindən nəşrə layiq görulmuş məruzə tezisləri Doktorantların  və gənc tədqiqatçıların XV Respublika elmi konfransının materiallarına daxil edilərək nəşr olunacaqdır.

Bakı Dövlət Universitetinin rəhbərliyi tərəfindən konfransın keçirilməsi üçün yüksək səviyyədə şərait yaradılmış lazımi tədbirlər operativ şəkildə həyata keçirilmişdir.

Konfransın təşkilində keçirilməsində aşağıdakı problemlər qeyd edilməlidir: bəzi ali məktəblərin konfransda iştirak fəallığı aşağıdır, tezislərini təqdim etmiş tədqiqatçıların bir qismi konfransda iştirak etmədi, doktorantların elmi rəhbərləri bölmələrin işində əsasən iştirak etmədi, tədqim olunan bəzi tezislərin ciddi redaktəyə ehtiyacı var s. 

Qeyd olunanları nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən ənənəvi olaraq doktorant gənc tədqiqatçılar üçün keçirilən respublika elmi konfranslarının yüksək ixtisaslı elmi elmi-pedaqoji kadrların hazırlanmasına istedadlı gənclərin aşkar edilməsinə müsbət təsiri qeyd edilsin.

2. Konfransın işində fəal iştirak etmiş tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatlarının verilməsi müsbət hal sayılsın.

3. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının bölmələrinin işinin təşkilində və keçirilməsində səmərəli fəaliyyət göstərdiklərinə görə bölmə rəhbərlərinə (siyahı əlavə olunur) Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

4. Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının  Bakı Dövlət  Universitetində keçirilməsi üçün təşkilati işləri yüksək səviyyədə həyata keçirdiklərinə görə həmin universitetin rektoru, akademik Abel Məhərrəmova və elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyevə Təhsil Nazirliyinin təşəkkürü elan edilsin.

5. Ali təhsil müəssisələrinin rektorlarına tövsiyə edilsin:

5.1. Elmi tədqiqat dissertasiya işlərinin aktuallığının yüksəldilməsi istiqamətində müntəzəm aparılsın;

5.2. Növbəti konfrans keçiriləndə konfransın bölmələrində doktorant tədqiqatçıların elmi rəhbərlərinin, elmi işlər üzrə prorektorların, müvafiq ixtisaslar üzrə professor-müəllim heyətinin geniş iştirakı təmin edilsin;

5.3. Konfransa təqdim ediləcək məruzə tezisləri kafedralarda müvafiq ekspertizadan keçirilsin redaktə olunduqdan sonra Təşkilat Komitəsinə təqdim edilsin.

6. Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) tapşırılsın:

6.1. "Ən yaxşı məruzəyə görə" akademik Şəfaət Mehdiyev adına mükafatların qaliblərə təqdim olunması üçün iki mükafatın məbləğinin (hər biri 500 manat) ayrılmasını təmin etsin.

7. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:

7.1. Doktorantların gənc tədqiqatçıların XVI Respublika elmi konfransının keçirilməsi haqda təkliflər hazırlanıb 15 yanvar  2011-ci il tarixə qədər nazirliyin rəhbərliyinə təqdim etsin.

8. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc edilməsini nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

9. Ümumi şöbə (H.Məhərrəmova) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

20 dekabr 2010-cu il

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.2.